Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
YENİERA.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, AS-532 tipli helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

