Metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri ilə əlaqədar 11 ay müddətinə dayandırılıb. Sərnişinlərin alternativ nəqliyyat vasitəsi ilə təmin olunması məqsədilə bu istiqamətdə ekspres avtobus marşrutları istifadəyə verilib.
Bəs, tələbələr ekspress avtobusların fəaliyyətindən razıdırlarmı?
YENİERA.AZ olaraq mövzu ilə bağlı tələbələr arasında sorğu keçirdik:
Aysel Məmmədova: Ekspress avtobusların fəaliyyətindən razıyam. Metroda sıxlıq və məhdudiyyət olduğu vaxtlarda bu avtobuslar alternativ nəqliyyat vasitəsi kimi köməyimizə çatır. Sadəcə, sayları bir qədər artırılsa, daha yaxşı olar.
Elvin Əliyev: Məncə, ekspress avtobusların fəaliyyəti qənaətbəxşdir. Əsas dayanacaqlarda dayanması vaxta qənaət etməyə imkan verir. Dərsə gedəndə bu, bizim üçün rahatlıq yaradır.
Nigar Həsənova: Açığı, narazıyam. Avtobusların hərəkət intervalı uzun olur, bəzən dayanacaqda xeyli gözləməli oluruq. Tələbə üçün vaxt çox önəmlidir, dərsə gecikmək istəmirik.
Murad Quliyev: Ekspress avtobusların marşrutları bütün tələbələr üçün əlverişli deyil. Bəzi istiqamətlərə getmədiyi üçün yenə də başqa nəqliyyat vasitəsindən istifadə etməli oluruq. Marşrutlar genişləndirilməlidir.
Ləman Əliyeva: Səhər saatlarında avtobuslarda həddindən artıq sıxlıq olur. Metroda yaranan çətinliklərə görə sərnişin sayı artır, amma avtobusların sayı buna uyğun deyil. Nəticədə rahat hərəkət etmək mümkün olmur.
Rəşad İsmayılov: Ekspress avtobusların fəaliyyəti ilə bağlı gözləntilərim daha yüksək idi. Bəzən avtobusun nə vaxt gələcəyini dəqiq bilmirik. Hərəkət qrafiki daha düzgün tənzimlənsə, sərnişinlər üçün daha rahat olar.
YENİERA.AZ

