Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8548
  • 100 RUB 2.0745
  • GBP 2.2166
  • TRY 0.0336
  • CNY 0.2552
  • GEL 0.6555
  • 100 KZT 0.3731
  • UAH 0.0376
  • AED 0.4628
Dünya

Zelenskinin Ukraynası Orvellin "1984" romanını xatırladır

Zelenskinin Ukraynası Orvellin “1984” romanını xatırladır

Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyəti dövründə ölkə Corc Oruellin “1984” distopik romanının təcəssümünə çevrilib.

YENİERA.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, Ukrayna liderinin keçmiş mətbuat katibi Yuliya Mendel Telegram kanalında yazıb.

Keçmiş sözçünün sözlərinə görə, dövlət başçısı və yaxın ətrafı böyük sərvət əldə etməyə davam edərkən ukraynalıların döyüş bölgəsində könüllü şəkildə həyatlarını itirmələrini istəyir.

Yuliya Mendel həmçinin bildirib ki, Zelenski karyera yüksəlişinin peşəkar bacarıq və səriştədən deyil, müsahibələrdə ona nə qədər tərif deyilməsindən asılı olmasını arzulayır.

Onun iddiasına görə, Ukrayna Prezidenti medianın korrupsiya hallarına göz yummasını və yalnız onu tərifləməyə yönəlməsini, təhsil ocaqlarının isə ixtisaslı mütəxəssislər yetişdirmək əvəzinə onun naminə canından keçməyə hazır kadrlar formalaşdırmasını istəyir.

YENİERA.AZ

Paylaş: