Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
  • Ruslan Baxşəliyev şöbə müdir təyin edildi
  • Rəşadət Əlizadənin MEYİTİ TAPILDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Belarus Polşaya yönəlmiş bir neçə PUA-nı öz ərazisində vurub

Belarus Polşaya yönəlmiş bir neçə PUA-nı öz ərazisində vurub

Siyasət Ariz Əhədov10.09.2025 - 12:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Belarus istiqamətini itirərək Polşa ərazisinə yönəlmiş PUA-lar barədə qarşı tərəfə məlumat verib və bir neçəsini vurub.

Yeniera.az xəbər verir ki, bu barədə Belarus Respublikasının Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-mayor Pavel Muraveyko bildirib.

General qeyd edib ki, Belarusun Varşavanı məlumatlandırması sayəsində Polşa öz növbətçi qüvvələrini havaya qaldıraraq operativ reaksiya verə bilib.

“Belarus Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri gecə Rusiya Federasiyası ilə Ukrayna arasında pilotsuz uçuş aparatlarının qarşılıqlı zərbələri zamanı tərəflərin elektron döyüş sistemlərinin təsiri nəticəsində istiqamətini itirmiş pilotsuz uçuş aparatlarını daim izləyib. İstiqamətini itirmiş pilotsuz uçuş aparatlarının bir hissəsi respublikamızın ərazisi üzərində ölkəmizin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Mövcud qarşılıqlı əlaqə kanalları vasitəsilə, sentyabrın 9-da saat 23:00-dan sentyabrın 10-u səhər saat 4:00-dək növbətçi qüvvələrimiz Polşa və Litva Respublikasının növbətçi qüvvələri ilə hava və radar vəziyyəti haqqında məlumat mübadiləsi aparıb. Onlara naməlum PUA-ların ölkələrinin ərazisinə yaxınlaşması barədə məlumat verilib. Bu, Polşa tərəfinin növbətçi qüvvələrini havaya qaldırmaqla, dronların hərəkətlərinə operativ reaksiya verməsinə imkan yaradıb.

Ədalət naminə qeyd edək ki, Ukrayna ərazisindən Belarus Respublikasının sərhədinə yaxınlaşan naməlum PUA-lar barədə Polşa tərəfi də Belarusun növbətçi döyüş ekipajlarını məlumatlandırıb.

Məlumat mübadiləsi bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsinin mühüm tərkib hissəsidir və etimad tədbirlərinin qurulmasına, təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Belarus Respublikası Polşa Respublikası və Baltikyanı ölkələrlə hava vəziyyəti haqqında məlumat mübadiləsi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam edəcək”, – deyə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb.

Bənzər Xəbərlər

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20.06.2026 - 17:20Ariz Əhədov

Flora Kərimova xəstəxanadan evə buraxıldı

20.06.2026 - 17:19Ariz Əhədov

Pərişan Həsənova vəfat etdi - FOTO

20.06.2026 - 17:16Ariz Əhədov

DİN-də mühüm tədbir: Vilayət Eyvazov da iştirak edir

20.06.2026 - 16:39Ariz Əhədov

Türkiyədə iki zəlzələ oldu

20.06.2026 - 16:34Ariz Əhədov

Bu ölkədə ağır təyyarə QƏZASI: Tanınmış iş adamı HƏLAK OLDU

20.06.2026 - 13:53Ariz Əhədov

Arda Gülər və Hakan Çalhanoğludan etiraf: “Xəcalət çəkirik, üzr istəyirik”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.