Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
  • Ruslan Baxşəliyev şöbə müdir təyin edildi
  • Rəşadət Əlizadənin MEYİTİ TAPILDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Qumar mafiyasının 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər…

Qumar mafiyasının 20 milyonluq sərvəti - Evlər, obyektlər, lüks avtomobillər…

Hadisə Ariz Əhədov10.09.2025 - 14:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Kiberpolisin qumar mafiyasına qarşı keçirdiyi ən böyük əməliyyatlardan birinin istintaqı tamamlanıb.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində dəstə üzvlərinin hamısının Ağcabədinin Hacıbədəlli kənd sakinləri olduqları müəyyənləşib.

Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır.

Bu qumar şəbəkəsi Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla çökdürülüb. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib. Həmin pullar cinayətdən xəbərsiz şəxslərin adına alınan minlərlə bank kartı vasitəsilə leqallaşdırılıb.

Cinayət yolu ilə əldə edilən gəlir hesabına dəstə üzvləri əsasən yaxınlarının adına milyonluq əmlaklar rəsmiləşdiriblər. Cinayət işində ən diqqətçəkən hissə də həmin əmlakların siyahısıdır.

Faktiki olaraq dəstə başçısı Elmidar İsmayılzadə və atası ilə qardaşına məxsus olan əmlakların ümumi dəyəri 20 milyon manatdan artıqdır:

– Ağcabədinin Hacıbədəlli kəndində 129, 89029 hektar torpaq sahəsi – Orta bazar dəyəri 17 milyon 859 min manat;

– “Range Rover”, “Lexus LX 570”, “Mersedes Benz G63”, “Kia Sorento”, “Ford Mustang minik”, “Kia Forte” markalı avtomobillər – Orta bazar dəyəri 1 milyon 300 min manat;

– Bakının mərkəzində onlarla mənzil – Orta bazar dəyəri 1 milyon 500 min manatdan artıq;

– Paytaxt və Ağcabədi rayonunda bağ evləri – Orta bazar dəyəri 1 milyon 300 min manatdan artıq;

– Obyektlər – orta bazar dəyəri 1 milyon 500 min manata yaxın.

Bunlardan əlavə, siyahıya dəyəri dəqiqləşdirilməmiş mülklər də daxildir.

İşdə adı keçən əsas fiqur Elmidar İsmayılovun vəkili Orxan Zeynalov deyib ki, istintaq materialları artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşi Hüseyn Hüseynlinin sədrlik etdiyi hakimlər araşdıracaq. Müdafiə tərəfi hesab edir ki, onların təqdim etdikləri sübutlar işin gedişatını dəyişə bilər. Əks halda ittihamlar təsdiqlənərsə, dəstə üzvlərini 10 ildən çox həbs cəzası gözləyir.

Bənzər Xəbərlər

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20.06.2026 - 17:20Ariz Əhədov

Flora Kərimova xəstəxanadan evə buraxıldı

20.06.2026 - 17:19Ariz Əhədov

Pərişan Həsənova vəfat etdi - FOTO

20.06.2026 - 17:16Ariz Əhədov

DİN-də mühüm tədbir: Vilayət Eyvazov da iştirak edir

20.06.2026 - 16:39Ariz Əhədov

Türkiyədə iki zəlzələ oldu

20.06.2026 - 16:34Ariz Əhədov

Bu ölkədə ağır təyyarə QƏZASI: Tanınmış iş adamı HƏLAK OLDU

20.06.2026 - 13:53Ariz Əhədov

Arda Gülər və Hakan Çalhanoğludan etiraf: “Xəcalət çəkirik, üzr istəyirik”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.