ABŞ və İran arasında son saatlarda artan hərbi gərginlik qlobal enerji bazarlarına təsirsiz ötüşməyib.

Yeniera.az xəbər verir ki, birjada Brent markalı neftin qiyməti gün ərzində təxminən 4 faiz yüksələrək son həftələrin ən yüksək səviyyəsinə çatıb.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi enerji bazarında qiymət artımını davam etdirə bilər. İnvestorlar həm geosiyasi hadisələri, həm də ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarını diqqətlə izləyirlər. Mütəxəssislərin fikrincə, yaxın günlərdə bazarlarda dəyişkənlik yüksək olaraq qala bilər.

Gülnar Həmidova

YENİERA.AZ

Exit mobile version