Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə işıq olmayacaq
  • Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
  • Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Ağamirzənin vəsiyyəti gündəm oldu: “Yasımda yemək verilməsin”

Ağamirzənin vəsiyyəti gündəm oldu: "Yasımda yemək verilməsin"

Cəmiyyət Gülnar Əliyeva05.10.2026 - 15:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Tanınmış meyxanaçı Ağamirzə Məmmədovun vəsiyyəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Ağamirzə Məmmədov yas mərasimlərinin keçirilməsi ilə bağlı konkret şərtlər qoyub:

“Mən insanlara səslənirəm, yasımda 3-4 saat əyləşməyin. Gəlin, 5-10 dəqiqə oturun və gedin. Vəsiyyət etmişəm ki, yasımda yemək verilməsin. Yalnız bir stəkan çay içib, “Allah rəhmət eləsin” deyib ayrılın”.

Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi izləyicilər meyxanaçının fikirlərini ehsana qarşı çıxmaq kimi qiymətləndiriblər.

Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında isə bildirib ki, ehsan imkanlı şəxslərin süfrəsində deyil, ehtiyacı olan insanlara verilməlidir:

“Ehsan qocalar evinə, uşaq evlərinə verilsin, internatda olan uşaqlara paylansın. İmkansız ailələrə çatdırılsın. Mən ehsan verilməsini istəmirəm. Gəlsinlər, başsağlığı verib 15 dəqiqə otursunlar və çıxsınlar. Mənim ehsanım qeybət məkanı deyil. Mən getdiyim məclislərin heç birində çörək yemirəm, çay da içmirəm. 15 dəqiqə oturub çıxıram. Adam var, saatlarla yas məclisində oturur. Bu qədər məclisdə oturmaq olar? Məclisdə bir-biri ilə lətifə danışır, zarafatlaşır, hətta qeybət də edirlər. Yemək gəlməmiş, ondan yeməmiş ayağa qalxan yoxdur”.

Meyxanaçı daha bir vəsiyyətini də açıqlayıb. O, yaxınlarına yas mərasiminin 40 gündən artıq davam etməməsini tapşırdığını bildirib:

“Yaxınlarıma demişəm ki, 40 gündən artıq yas saxlamayın. 40 gündən sonra hər kəs öz işində olsun. Nə qədər yas saxlamaq olar? Demişəm ki, camaatı saatlarla qəbir üstünə aparmayın, yolda tıxac yaratmayın. 40 dəqiqə qəbir üstündə oturmayın, camaatı soyuğa verməyin. Kimin imkanı varsa, Allaha yalvarsın, desin ki, bütün günahkarları bağışla, Ağamirzəni də bağışla. Mənim üçün əsl dua, ehsan budur. Hamımızın yeri oradır, geci-tezi var”.

Bənzər Xəbərlər

06.10.2026 - 00:53Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

06.10.2026 - 00:51Gülnar Əliyeva

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

06.10.2026 - 00:45Gülnar Əliyeva

Doğum tarixinizə görə 2027-ci il sizin üçün BELƏ KEÇƏCƏK

06.10.2026 - 00:00Gülnar Əliyeva

Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin FOTOSU

05.10.2026 - 23:58Gülnar Əliyeva

Bu ölkəyə hava zərbələri endirildi: ölənlər var

05.10.2026 - 23:36Gülnar Əliyeva

Bu bürclərin pul qazanmaq şansı daha çoxdur

05.10.2026 - 23:34Gülnar Əliyeva

Azərbaycanda polkovnik həbs edildi

05.10.2026 - 19:00Gülnar Əliyeva

General Nizami Məmmədov haqda - Yekun qərar verildi

05.10.2026 - 18:45Gülnar Əliyeva

“Flydubai” pilotu üçün 150 min dollar toplandı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 247

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 226

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 128

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 872
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.