Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Hadisə

Ağır yol qəzası: ölən və yaralanan var

Ağır yol qəzası: ölən və yaralanan var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniera.az-ın məlumatına görə, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Trend)

Paylaş: