Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şəmsi Səmədzadə həbsdən AZAD OLDU
  • Azərbaycanda yeni nazir müavini təyin olundu
  • Əli Əsədov qərar imzaladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»AMEA paytaxtdan köçürülür? – Akademikdən açıqlama

AMEA paytaxtdan köçürülür? - Akademikdən açıqlama

Gündəm Gülnar Əliyeva15.07.2026 - 10:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində mütəmadi olaraq güncəllənən bir mövzudur, fərq ondadır ki, ənənəvi universitetlər, nazirliklər siyahısına bu dəfə yeni ad əlavə olunub: köçürülməsi istənilən qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

Uzun illərdir paytaxtın elmi mərkəzi hesab olunan, yerləşdiyi əraziyə və metro stansiyasına adını verən, həşəmətli, hətta bir az da heybətli Akademiyanın yer dəyişməsi bir epoxanın sonu təəssüratını yaradır. Digər tərəfdən də sual yaranır:

AMEA-nın Bakıdan köçürülməsi onun nüfuzuna və beynəlxalq əməkdaşlıqlarına təsir göstərə bilərmi?

Yeniera.az bildirir ki, məsələ ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov Bizim.Media-ya bildirdi ki, dünya təcrübəsində də elm və təhsil ocaqlarının şəhər mərkəzlərindən uzaqlaşdırılması çoxdan mövcuddur:

“Bəzi ölkələrdə bu tipli tarixi binalar elə şəhərin mərkəzində qalır. Amma belə binalar daha çox administrativ idarəçiliyini davam etdirir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır. AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə niyə də olmasın? Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, öz nüfuzudur. Bina şərti mənada nüfuz elmblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları, əməkdaşlığıdır. Bizim elm və təhsilimizdə dünyaya inteqrasiya sürətlə gedir, kifayət qədər ciddi uğurlarıməz da var”.

Akademik onu da vurğulayıb ki, bizim bəzi universitetlərimizin filialları digər şəhər və rayonlarda artıq mövcuddur. Hələ ki bu filialların səviyyəsi mərkəzdəki kimi yüksək olmasını demək çətindir:

“Əlbəttə ki problemlər var. Bunu danmaq olmaz. Amma əgər ümumi bir mərkəzləşmə olacaqsa, onda təbii ki yüksələcək, çünki adətən adlı-sanlı alimlər, böyük mütəxəssislər bölgələrdə az təmsil olunurlar. Elmlər Akademiyasının və nüfuzlu universitetlərin özü bölgələrə gedəcəksə, onda təmsilolunma səviyyəsi də xeyli artacaq. Həm də indiki müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində mərkəzlə bölgələr arasında prinsipcə fərq yoxdur. Yəni bölgələrimizdə də elm və təhsil ocaqlarımız kifayət qədər məhsuldar çalışa bilər”.

Bənzər Xəbərlər

27.07.2026 - 18:29Gülnar Əliyeva

Şəmsi Səmədzadə həbsdən AZAD OLDU

27.07.2026 - 18:01Gülnar Əliyeva

Azərbaycanda yeni nazir müavini təyin olundu

27.07.2026 - 15:52Gülnar Əliyeva

Əli Əsədov qərar imzaladı

27.07.2026 - 14:06Gülnar Əliyeva

Azərbaycanda pensiya yaşı 70 olur?

27.07.2026 - 13:41Gülnar Əliyeva

Sabiq prokuror vəfat etdi - Foto

25.07.2026 - 13:15Gülnar Əliyeva

İstanbulda ağır qəza - 30 yaralı

25.07.2026 - 12:50Gülnar Əliyeva

DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 12:05Gülnar Əliyeva

İyulun sonu bu bürclər üçün sürprizlərlə gəlir – Görün nələr olacaq…

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 211

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 535

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 552

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 430
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.