Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”
  • Estetik əməliyyatlarla 7 il gizlənə bildi – Foto
  • Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Antalyanın tarixi panoraması: günəşli sahillər və qədim irs

Antalyanın tarixi panoraması: günəşli sahillər və qədim irs

Mədəniyyət Ariz Əhədov16.04.2026 - 11:57
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mədəni irs turizmi – səyyahların bir məkanın qədim abidələrindən və tarixi tikililərindən tutmuş, bu günədək yaşadılan ənənələrinə qədər onun ruhunu yaxından hiss etməsinə imkan verən istiqamət – turizm sektorunda getdikcə daha mühüm rol oynayır. Son illərdə təcrübəyə əsaslanan səyahətlərə marağın artması və dünya üzrə mədəni irsin qorunmasına yönələn təşəbbüslərin genişlənməsi bu sahənin sürətlə inkişafını şərtləndirir.

Aparılan araşdırmalara görə, qlobal mədəni irs turizmi bazarının həcmi 2025-ci ildə 624,55 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir və 2033-cü ilə qədər 936,97 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu genişlənən bazarda Türkiyə xüsusi yer tutur. Minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş Anadolu torpaqları ölkənin demək olar ki, bütün bölgələrində zəngin tarixi irs təqdim edir.
Bu zənginlik fonunda Türkiyənin Aralıq dənizi sahillərində yerləşən və “turizmin paytaxtı” kimi tanınan Antalya xüsusi diqqət çəkir. Qədim Likya, Pamfiliya və Pisidiya bölgələrinin kəsişməsində yerləşən şəhər, arxeoloji irsi ilə sanki keçmişə açılan qapı rolunu oynayır. Günəş işığında parıldayan antik teatrlar, zərif naxışlarla bəzədilmiş mərmər qalıqlar və əsrlərin izlərini daşıyan tikililər Antalyanı açıq səma altında bir muzeyə çevirir. Bu tarixi zənginliyin fonunda şəhərdə ziyarət edilməsi vacib olan beş qədim məkanı təqdim edirik.

Likiya

Liberty Lykia, Олюдениз (актуальные цены 2026 года)Antalyanın zəngin tarixini kəşf etməyə Likiyanın paytaxtı olan Ksantos şəhərindən başlamaq olar. Bu qədim məkan, müqəddəs kult mərkəzi Letoon ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada aşkar olunan yazılı abidələr Likya dilinin oxunub-anlaşılmasında əsas açar rolunu oynayıb və regionun tarixinin öyrənilməsinə mühüm töhfə verib.

Bu nöqtədən cəmi 15 kilometr məsafədə yerləşən Patara isə Likya Birliyinin inzibati mərkəzi olmaqla yanaşı, Santa Klaus obrazına ilham verən Müqəddəs Nikolayın doğulduğu yer kimi tanınır. Şəhər təkcə möhtəşəm antik abidələri ilə deyil, həm də eramızdan əvvəl II əsrə aid nümayəndəli demokratiyanın erkən nümunələrindən sayılan Likya Birliyinin toplantı məkanı – Bouleuterion ilə diqqət çəkir. Burada yaxın zamanda bərpa olunmuş nəhəng mayak da ərazinin tarixi əhəmiyyətini daha da artırır. Qədim irslə yanaşı, Patara 18 kilometrlik sahil xətti, Caretta caretta tısbağalarının qorunan yumurtlama ərazisi və qum təpələri ilə də seçilir.

Səyahətin növbəti dayanacağı isə Likiyanın digər mühüm şəhərlərindən biri olan Miradır. Burada qayalara oyulmuş, incə naxışlarla bəzədilmiş Likya qəbirləri ziyarətçiləri heyran edir. Eyni zamanda, Müqəddəs Nikolayın yepiskopluq etdiyi bu şəhərdə yerləşən Müqəddəs Nikolay Kilsəsi də mühüm dini və tarixi məkan kimi diqqət çəkir. Rəvayətlərə görə, o, məhz burada çoxsaylı möcüzələr göstərib.

Pamfilya

ROBINSON PAMFILYA - All Inclusive, Manavgat | 2026 Updated Prices, Deals
Antalyadan şərq istiqamətində irəlilədikcə Aralıq dənizi regionunun ən yaxşı qorunub saxlanılmış antik şəhərlərindən biri olan Perge ziyarətçiləri qarşılayır. Sütunlu küçələri, müşahidə qüllələri, Roma hamamları, aqoraları, möhtəşəm teatrı və vaxtilə 12 min tamaşaçı tutumuna malik nal formalı stadionu ilə bu qədim şəhər öz əzəmətini bu gün də qoruyur.
Roma dövrünün incə heykəltəraşlıq nümunələri və şəhər idarəçiliyində qadınların xüsusi rolu ilə seçilən Perge, eyni zamanda St Paul Yolu üzərində mühüm dayanacaq kimi tanınır. Səyahətin son nöqtəsi isə Pamfiliyanın ən vacib liman şəhərlərindən biri olan Side Antik Şəhəridır. Burada qədim abidələr arasında gəzərək, gün batımında Apollon Məbədinin möhtəşəm mənzərəsinə şahid olmaq mümkündür. Bu mənzərə Antalyanın zamanla solmayan gözəlliyinin rəmzi sayılır.

Antalyanın antik şəhərlərini ziyarət etməyin ən böyük üstünlüklərindən biri yay aylarında səfəri tələsik planlaşdırmağa ehtiyac olmamasıdır. Yay mövsümünü daha dolğun yaşamaq üçün Aspendos, Patara və Side Antik Şəhəri “Gecə muzeyləri” təşəbbüsünə qoşularaq saat 22:00-dək ziyarətçilər üçün açıq qalır. Bununla yanaşı, Perge, Mira və Side Arxeoloji Muzeyi kimi məkanlar da saat 21:00-dək fəaliyyət göstərir. Qeyd olunur ki, bu təşəbbüsün əhatə dairəsinin 2026-cı il ərzində daha da genişləndirilməsi planlaşdırılır.

Bənzər Xəbərlər

18.04.2026 - 15:15Ariz Əhədov

“Türkiyə Gümrü üzərindən də uçuşlara başlaya bilər”

18.04.2026 - 15:00Ariz Əhədov

Estetik əməliyyatlarla 7 il gizlənə bildi - Foto

18.04.2026 - 14:44Ariz Əhədov

Anar ilhamlı - Qazilərimizə marş həsr etdi - VİDEO

18.04.2026 - 14:42Ariz Əhədov

Bazar günü 25 dərəcə isti olacaq

18.04.2026 - 14:30Ariz Əhədov

Paytaxtın məşhur hospitalında ÖLÜM

18.04.2026 - 14:13Ariz Əhədov

Bu iki qurum birləşdirildi

18.04.2026 - 14:00Ariz Əhədov

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

18.04.2026 - 13:25Ariz Əhədov

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

18.04.2026 - 12:40Ariz Əhədov

General Müşfiq Məmmədov buna görə İŞDƏN ÇIXARILIB

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 032

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 884

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 873

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 041
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.