“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı balansındakı problemli kreditlərdən xilas olmağa hazırlaşır.
Yeniera.az xəbər verir ki, BOKT həmin aktivlər üzrə borcların tələb hüququnu satışa çıxarır.
Sözügedən aktivlərin tələb hüquqlarının satış qiyməti isə belədir: “Solid Consulting LTD” MMC – 23 mln manat, “Kavkasis Betoni 2007” MMC – 14 mln manat, “United Textiles” FZE – 19 mln 643 min ABŞ dollar, “Nevskiy Torqovıy Dom” MMC – 14 mln 389 min 597,54 manat, “Riyad Farm” MMC – 3 mln 325 min manat.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri dövlət tərəfindən həyata keçirilən sağlamlaşdırma tədbirləri çərçivəsində “Aqrarkredit” QSC BOKT-yə ötürülmüşdü.///Ölkə.az

