Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? – Açıqlama
  • İlham Əliyev Kadırovla birgə nahar edib – Fotolar
  • İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? – Açıqlama

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - Açıqlama

Gündəm Gülnar Əliyeva10.10.2026 - 16:49
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq.

Yeniera.az Globalinfo.az-a istinadla xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq:

Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılması məhdudlaşdırılacaq.

Reklam və kino: Müvafiq məzmunun reklam və filmlərdə yayılması, təbliği qadan ediləcək.

Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edəcək məzmun birmənalı olaraq məqbul hesab edilməyəcək.

Hüquqi məsuliyyət: qanun pozulması hallarında cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.

Qeyd etmək lazımdır ki, müvafiq qanunun tətbiqi ilə bağlı əsaslandırma ilk növbədə uşaqların sağlamlıq və inkişafına zərərli hesab edilə biləcək informasiyalardan qorunması ilə bağlıdır. Sözügedən qanunla “qeyri-ənənəvi seksual orientasiyanın” və pedofiliyanın təbliği uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil ediləcək.

Müvafiq kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayan şəxslərə yayılması qadağan olunacaq.

Müvafiq proses eyni zamanda kütləvi informasiya vasitələrinə də şamil olunacaq. Pozuntu aşkarlandıqda media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media üçün isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlər nəzərdə tutulacaq. Media qurumunun sahibi və media rəhbəri üçün də məsuliyyət qaçılmaz olacaq.

Təbii ki, informasiya məkanının sürətlə genişlənməsi fonunda sözügedən qanunun tətbiqi telekommunikasiya şəbəkələri və onlayn platformalar üçün də eyni dərəcədə əhəmiyyətli olacaq. Buna görə internetdə paylaşım, video, bloq yazısı və ictimai çağırışlar qanunun tətbiq dairəsinə düşə bilər.

Eyni zamanda reklam və kino sahəsində də qanunun tətbiqi böyük həssaslıq tələb edəcək.

Qeyd edək ki, qanunun tətbiqi ilə eyni zamanda hüquqi məsuliyyət də ortaya çıxır. Belə ki, qanun pozuntusunun xarakterindən asılı olaraq cərimələr, təkrar xətaya yol verdikdə inzibati həbs tətbiqi mümkündür.

Media və internet resurslarına qarşı tənbeh tədbirləri də müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçiriləcək.

Modern.az -a açıqlama verən deputatlar isə belə bir qanun layihəsi barədə məlumatlarının olmadığını bildiriblər.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mövzu ilə bağlı məlumatsız olduğunu deyib:

“Belə bir qanunla bağlı bilgim yoxdur. Məlumatım olmayan bir şey haqqında danışa bilmərəm”.

İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə üzvü olduğu komitələrdə belə bir layihənin müzakirə edilmədiyini vurğulayıb:

“Bu barədə müzakirələr var. Amma belə qanun yoxdur. Bu barədə rəsmi məlumat da yoxdur. Hətta ehtimal ki, “fake” məlumatdır. Çünki üzv olduğum komitələrin heç birində bu barədə qanun layihəsi danışılmayıb”.

Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Jalə Əliyeva da sözügedən layihə ilə tanış olmadığını bildirib:

“Sözügedən qanun layihəsi ilə tanış deyiləm. Bu mövzu haqda məlumatım yoxdur. Komitələrdə də müzakirə edilməyib”.

Bənzər Xəbərlər

10.10.2026 - 15:52Gülnar Əliyeva

Rəis müavininə FHN-də yüksək vəzifə verildi

10.10.2026 - 15:37Gülnar Əliyeva

Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı

10.10.2026 - 15:28Gülnar Əliyeva

Şahbaz Şərif İlham Əliyevdən “ASAN xidmət”lə bağlı dəstək istədi

10.10.2026 - 15:07Gülnar Əliyeva

“Aqrarkredit” ala bilmədiyi borcları satışa çıxardı – 90 milyon manata yaxın...

10.10.2026 - 14:40Gülnar Əliyeva

Pensiyalarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI – RƏSMİ

10.10.2026 - 14:20Gülnar Əliyeva

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

10.10.2026 - 12:05Gülnar Əliyeva

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ-YENİ QAYDA

10.10.2026 - 11:25Gülnar Əliyeva

Yol polisi sürücülərə müraciət etdi

10.10.2026 - 02:40Gülnar Əliyeva

Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 268

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 245

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 144

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.