Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İstanbulda ağır qəza – 30 yaralı
  • DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb
  • Sabah rekord İSTİ OLACAQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Arzumu həbsdən buraxan hakimin maraqlı DOSYESİ

Arzumu həbsdən buraxan hakimin maraqlı DOSYESİ

Gündəm Gülnar Əliyeva23.07.2026 - 11:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakının Xəzər rayonunda ölümlə nəticələnən avtoqəzanın baş verməsində təqsirləndirilən “Arzum” ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdən ev dustaqlığına buraxılması media və sosial şəbəkələrin müzakirə mövzusu olub.

Ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə bununla bağlı qərar elan olunub. Qərara əsasən, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə Arzumun 4 övladı olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alıb. Bu əsasla Arzum ev dustaqlığına buraxılıb. Ona sosial şəbələkdən istifadə (“Whatsapp”da ailəsi ilə danışmaq istisna olmaqla) qadağan olunub.

Bundan əlavə, vəkillərin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması qərara alınıb. Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Sosial şəbəkələrdəki müzakirələrə görə, prosesi izləyənlərin çoxu Arzumun ev dustaqlığına buraxılacağına inanmırmış və hakim Elnur Nuriyevin belə bir qərar verməsi onlar üçün gözlənilməz olub.

İndi hamı tiktokeri ev dustaqlığına buraxan hakimdən danışır.

Maraqlıdır, Arzumu ev dustaqlığına buraxan hakim kimdir:

Yeniera.az xəbər verir ki,Modern.az saytı müzakirələri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin qısa dosyesini təqdim edir:

Elnur Aləm oğlu Nuriyev 1976-cı ildə Bakı şəhərində anadan olub.

Orta təhsilini bitiriəndən sonra 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakultəsindən, 2005-ci ilə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsindən məzun olub.

Əmək fəaliyyətinə özəl sektordan başlayan Elnur Nuriyev 1996-cı ildən 2006-cı ilə kimi “Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib.

2006 – 2008-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin mütəxəssisi və aparıcı mütəxəssisi vəzifələrində çalışıb.

2008 – 2013-cü illərdə yenidən “Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib.

2013-cü ildən hakimlik fəaliyyətinə başlayıb.

O, 2013-2018 ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

21 dekabr 2018-ci il tarixində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2023-cü ilin oktyabrında Elnur Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.

2026-cı ilin mayında Elnur Nuriyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb.

Bir sıra qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş Elnur Nuriyev bəraətə meyilli hakim kimi xarakterizə edilir.

Xatırladaq ki, İlduzə Hacıyeva ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıbvə həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, təxminən 20 gün əvvəl məhkəmə zalında həbs olunmuşdu.

Bənzər Xəbərlər

25.07.2026 - 13:15Gülnar Əliyeva

İstanbulda ağır qəza - 30 yaralı

25.07.2026 - 12:50Gülnar Əliyeva

DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 12:05Gülnar Əliyeva

İyulun sonu bu bürclər üçün sürprizlərlə gəlir – Görün nələr olacaq…

25.07.2026 - 11:50Gülnar Əliyeva

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

25.07.2026 - 11:20Gülnar Əliyeva

Rusiyada yaşayanlara XƏBƏRDARLIQ: Pul köçürmələri DAYANDIRILDI

25.07.2026 - 10:00Gülnar Əliyeva

İran ABŞ-a qarşı yeni planı İŞƏ SALDI – İki ölkəyə hücumun PƏRDƏARXASI

25.07.2026 - 09:31Gülnar Əliyeva

Tam hazırıq: dəhşətli savaş olacaq! – Zeynivənd

25.07.2026 - 09:27Gülnar Əliyeva

Polkovnik-leytenant vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 531

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 545

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 427
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.