Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şəmsi Səmədzadə həbsdən AZAD OLDU
  • Azərbaycanda yeni nazir müavini təyin olundu
  • Əli Əsədov qərar imzaladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Avtomobildə kilometrajı geri çəkənlərin CİNAYƏT ƏMƏLİ

Avtomobildə kilometrajı geri çəkənlərin CİNAYƏT ƏMƏLİ

Cəmiyyət Gülnar Əliyeva17.07.2026 - 15:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İkinci əl avtomobil bazarında kilometrajın azaldılması, qəzaların gizlədilməsi və texniki nasazlıqların alıcıdan gizlədilməsi geniş yayılıb.

Nəqliyyat eksperti Adil Nəbiyev Ajans.az-a bildirib ki, bazarda ən çox rast gəlinən hallardan biri avtomobillərin kilometraj göstəricisinin süni şəkildə azaldılmasıdır.

Onun sözlərinə görə, bununla yanaşı, ağır yol-nəqliyyat hadisəsi keçirmiş avtomobillərin təmir edilərək qəzalı tarixçəsinin gizlədilməsi, hava yastıqlarının açılmasına baxmayaraq bərpa olunmadan satışa çıxarılması, mühərrik və sürətlər qutusu kimi əsas aqreqatlarda aparılmış dəyişikliklərin alıcıya bildirilməməsi də geniş yayılıb:

“Bəzi avtomobillərin taksi və ya kommersiya məqsədilə intensiv istifadə olunması, servis tarixçəsinin saxtalaşdırılması və xüsusilə xaricdən gətirilən avtomobillərdə real istismar tarixçəsinin müəyyən edilməsinin çətin olması alıcılar üçün ciddi maliyyə riskləri yaradır. Bu hallar bazarda etimadı azaldır və avtomobilin real dəyərinin düzgün qiymətləndirilməsinə mane olur.

Avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi düzgün qurularsa, bu problemlərin böyük hissəsini aradan qaldırmaq mümkün olacaq.”

A.Nəbiyevin sözlərinə görə, texniki baxışlar, rəsmi servis məlumatları, sığorta hadisələri, kilometraj göstəriciləri və mülkiyyət dəyişiklikləri vahid elektron bazada ardıcıl şəkildə qeydə alınarsa, sonradan bu məlumatların dəyişdirilməsi və ya gizlədilməsi xeyli çətinləşəcək:

“Nəticədə kilometrajın saxtalaşdırılması, ağır qəzaların gizlədilməsi, hava yastıqlarının bərpa olunmadan satılması və digər manipulyasiyalar minimuma enəcək. Bu isə həm alıcıların hüquqlarının qorunmasına, həm də ikinci əl avtomobil bazarında şəffaflığın və etimadın artmasına xidmət edəcək.”

Ekspert vurğulayıb ki, rəqəmsal pasportun effektiv işləməsi üçün sistemdə avtomobilin istehsal ili, VIN nömrəsi, mülkiyyət tarixçəsi, hər texniki baxış zamanı qeydə alınan kilometraj göstəriciləri, rəsmi servis və təmir tarixçəsi, dəyişdirilmiş əsas aqreqatlar, yol-nəqliyyat hadisələri və sığorta ödənişləri, hava yastıqlarının açılması və bərpası, təhlükəsizlik sistemlərinə müdaxilələr, geri çağırma kampaniyaları, texniki baxış nəticələri və utilizasiya statusu əks olunmalıdır.

Onun fikrincə, məlumatların yalnız dövlət qurumları deyil, akkreditə olunmuş servis mərkəzləri, sığorta şirkətləri, texniki baxış məntəqələri və rəsmi idxalçılar tərəfindən də real vaxt rejimində sistemə daxil edilməsi rəqəmsal pasportun etibarlılığını təmin edəcək.

Bənzər Xəbərlər

27.07.2026 - 18:29Gülnar Əliyeva

Şəmsi Səmədzadə həbsdən AZAD OLDU

27.07.2026 - 18:01Gülnar Əliyeva

Azərbaycanda yeni nazir müavini təyin olundu

27.07.2026 - 15:52Gülnar Əliyeva

Əli Əsədov qərar imzaladı

27.07.2026 - 14:06Gülnar Əliyeva

Azərbaycanda pensiya yaşı 70 olur?

27.07.2026 - 13:41Gülnar Əliyeva

Sabiq prokuror vəfat etdi - Foto

25.07.2026 - 13:15Gülnar Əliyeva

İstanbulda ağır qəza - 30 yaralı

25.07.2026 - 12:50Gülnar Əliyeva

DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 12:05Gülnar Əliyeva

İyulun sonu bu bürclər üçün sürprizlərlə gəlir – Görün nələr olacaq…

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 211

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 535

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 552

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 430
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.