Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan XİN BƏYANAT YAYDI
  • Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı
  • Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən”? – Deputatlar…

"Ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən"? - Deputatlar...

Siyasət Ariz Əhədov17.09.2025 - 12:06
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputatlar yüksək vəzifəli məmurların müraciətlərinə cavab verməməsindən şikayətlənib.

Yeniera.az xəbər verir ki, deputat Səyyad Aran deyib ki, xalqla üz-üzə qalan, yaxası əldə olan nə nazir, nə komitə sədri deyil, deputatdır.

Səyyad Aran qeyd edib ki, nazirlər ya telefonu götürmürlər, ya da məktublarına gec cavab verirlər: “Bu, nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deyirlər ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nə üçündür? Zəng edin görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər”.

Deputat Naqif Həmzəyev də deputatlar tərəfindən nazirliklərə göndərilən məktublara cavab verilməməsi problemini qaldırıb: “Biz vətəndaşlarla görüşlər keçirir, onları qəbul edirik, problemlərini aidiyyəti qurumlara çatdırırıq. Bizə münasibət necədir? “Bu qədər məktub yazmağa nə ehtiyac var, bizi də çətin vəziyyətdə qoyursunuz. Şifahi müraciət edin, problemi həll edək”. Birinci yanaşma budur. Biz şifahi müraciət edirik, heç bir cavab olmur. Məcbur qalıb yenidən yazılı müraciət edirik. Bu bilmirik ki, məktublaşmanı hansı vəziyyətə gətirib çıxaraq ki, problem öz həllini tapsın. Hamıya standart cavablar verilir”.

Bənzər Xəbərlər

21.06.2026 - 00:41Ariz Əhədov

Azərbaycan XİN BƏYANAT YAYDI

20.06.2026 - 23:51Ariz Əhədov

Bakıda bu göyərti növünün qıtlığı yaranıb — Səbəb açıqlandı

20.06.2026 - 23:23Ariz Əhədov

Bakıda modelin ev almaq üçün topladığı pulu bibisi oğurladı

20.06.2026 - 23:12Ariz Əhədov

Çoxuşaqlı ailələrə mənzil güzəştləri edilə bilər - VACİB AÇIQLAMA

20.06.2026 - 22:52Ariz Əhədov

Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?

20.06.2026 - 22:42Ariz Əhədov

Köçəryandan gözlənilməz addım

20.06.2026 - 22:29Ariz Əhədov

Bu ərazilərdə güclü yağış yağacaq

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.