Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053
  • 100 RUB 1.9948
  • GBP 2.2514
  • TRY 0.0345
  • CNY 0.2540
  • GEL 0.6557
  • 100 KZT 0.3751
  • UAH 0.0379
  • AED 0.4628
Hadisə

Azərbaycanda 7 nəfər yanaraq ölüb

Azərbaycanda 7 nəfər yanaraq ölüb

Ötən həftə 192 yanğına çıxış olub.

Bu barədə Yeniera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 192 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 4 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 33 nəfər xilas edilib, 2-si azyaşlı olmaqla 15 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş: