Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Hadisə

Azərbaycanda toy yasa döndü – Ölənlər və yaralılar var

Azərbaycanda toy yasa döndü – Ölənlər və yaralılar var

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Yeniera.az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

***

18:35

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Yeniera.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan “Lexsus” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

Paylaş: