Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
  • Türkiyədə ard-arda zəlzələlər oldu
  • Polad Bülbüloğlunun ikinci həyat yoldaşından evlilik iddialarına REAKSİYA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycanlı mütəxəssis BMT tərəfindən üzv seçilib

Azərbaycanlı mütəxəssis BMT tərəfindən üzv seçildi

Siyasət Ariz Əhədov08.09.2025 - 22:24
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu ilin avqust ayının 21-də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorogiya Xidmətinin şöbə müdiri, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq ekspert, dosent Fuad Hümbətov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfindən Paris Sazişinin 6.4 maddəsinin icrasına normativ nəzarət məqsədilə dünya üzrə 15 ekspertdən ibarət yaradılmış mötəbər şuraya dörd il müddətinə üzv seçilmişdir. Belə ki, qeyd olunan şura Paris Sazişinin 6.4 Maddəsinin icrası ilə əlaqədar müvafiq qaydaların düzgün icrasına nəzarət məqsədilə xüsusi yaradılmışdır və “Müraciət və Şikayət” (Appeal and Grievance) adlanır.

Demokrat.az-ın məlumatına görə, Paris Sazişinin 6.4-cü maddəsi iqlim dəyişmələrinə səbəb olan istixana effekti yaradan qazların emissiyalarının azaldılması, yəni mitiqasiya məqsədilə karbon kreditlərinin ticarəti üçün BMT tərəfindən idarə olunan qlobal karbon bazarını, yəni Paris Sazişinin Kreditləşmə Mexanizmini (Paris Agreement Crediting Mechanism) tənzimləyir. Bu maddə iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq edir, ölkələrə və özəl sektor subyektlərinə öz emissiyalarının azaldılması vahidləri ilə ticarət etməyə imkan verir.

Belə bir mötəbər şuraya üzv seçilmiş F.Hümbətov həm də Azərbaycan Respublikası Sədrliyi və ev sahibliyi ilə 2024-cü ilin noyabr ayının 11-24 tarixlərind müvəffəqiyyətlə təşkil edilmiş COP29-da milli danışıqçılar qrupunun üzvü olmuş və tədbirin hazırlanması, təşkilində fəal iştirakına görə AR Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Maraqlıdır ki, məhz COP29-da Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqları prosesində çox mühüm nəticələr əldə edilmişdir.

Onu da əlavə edək ki, F.Hümbətov 2024-cü ilin aprel ayında BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun ilk sədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni, o cümlədən Fransa və ABŞ-I birləşdirir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhfə verir.

F.Hümbətov həm də İkiillik Şəffaflıq Hesabatları (BTR) hazırlanması üzrə UNFCCC-nin yoxlayıcı beynəlxalq ekspertidir. O, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini və 1994-cü ildə MEA-da aspiranturanı fərqlənmə diplomları ilə bitirmişdir. 1994-cü ilin mayında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, hazırda doktorluq dissertasiyasını yekunlaşdırır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, həm də Brüssel Azad Universitetinin (Université Libre de Bruxelles), Avropa Beynəlxalq Münasibətlər İnstitutu nəzdindəki Diplomatiya Akademiyasının (Belçika) və UNFCCC nəzdində GHG İdarəçilik İnstitutunun (GHG Management İnstitute) məzunudur.

F.Hümbətov İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPPC) və “Horizon Europe” proqramının Milli Əlaqələndiricisidir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir, dayanıqlı inkişaf, iqlim dəyişmələri, enerji diplomatiyası üzrə 80-dən artıq məqalə və 4 monoqrafiyanın müəllifidir. 2025-ci ildə onun AR-də ilk dəfə iqlim diplomatiyasi üzrə dərsliyi işıq üzü görmüşdür.

Bununla yanaşı, F.Hümbətov 2002-2009-cu illərdə AR Xarici İşlər Nazırliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Belə ki, 2002-ci ildə ATƏT-in Gürcüstan Respublikasındakı Müşahidə Missiyasının tərkibində fəaliyyət göstərmiş, 2002-2009-cu illərdə isə AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin birinci katibi vəzifəsində çalışmışdır. O, “Xocalı faciəsinin” Avropa Komissiyası tərəfindən tanınması (2008), erməni diasporasına qarşı “Le pouvoir du Lobby” kitabının hazırlanması və yayılması (2006), Haaqa şəhərində “Xocalı qurbanları” abidəsinin ucaldılması və diaspora mövqeyindən digər fəaliyyətlərə bilavasitə rəhbərlik etmişdir(https://az.wikipedia.org/wiki/Fuad_H%C3%BCmb%C9%99tov)

2024-cü ildə UNEP tərəfindən Emissiya Boşluqları Hesabatının (EGR) hazırlanmasında rəyçi və Rəhbər Komitənin üzvü kimi iştirak etmişdir.

O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2023), yubiley medalı, fəxri fərman və digər mükafatlarla təltif edilmişdir.

Bənzər Xəbərlər

26.08.2026 - 11:04Gülnar Əliyeva

Prezident “Sabah”ı təbrik etdi

26.08.2026 - 10:53Gülnar Əliyeva

Alyona Əliyeva Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 - 00:40Gülnar Əliyeva

Mehriban Əliyevanın doğum günüdür

25.08.2026 - 22:00Gülnar Əliyeva

Putin Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 - 21:50Gülnar Əliyeva

Birinci vitse-prezidenti təbrik etdi

25.08.2026 - 18:25Gülnar Əliyeva

Prezident Administrasiyasında vətəndaş qəbulunun sentyabr - Cədvəli

25.08.2026 - 18:10Gülnar Əliyeva

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25.08.2026 - 17:40Gülnar Əliyeva

Zelenski İlham Əliyevə təşəkkür etdi

25.08.2026 - 16:42Gülnar Əliyeva

Prezident MÜHÜM fərman imzaladı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 887

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 982

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 936

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.