Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir
  • Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? – Detallar
  • İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir

Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir

Cəmiyyət Ariz Əhədov16.06.2026 - 17:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Dərnəgül ərazisində yerləşən “EuroHome” inşaat materialları bazarında baş verən son yanğın hadisəsi paytaxtda ticarət obyektlərində yanğın təhlükəsizliyi və sahibkarların illərdir həll olunmayan kompensasiya problemi məsələsini yenidən gündəmə gətirib.
Yeniera.az Tiraj.az-a istinadən xəbər verir ki, hadisə fonunda 2019-cu və 2020-ci illərdə eyni bazarda baş vermiş yanğınlar da ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Həmin illərdə “EuroHome” bazarında qeydə alınan ardıcıl yanğınlar nəticəsində onlarla sahibkara ciddi maddi ziyan dəyib. Ticarət obyektlərinin bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb, bir çox icarədar isə uzun illər ərzində formalaşdırdığı biznesini itirdiyini bildirir. Sahibkarların sözlərinə görə, yanğınlar təkcə malların məhvi ilə nəticələnməyib, həm də onların bank kreditləri və borc öhdəliklərini ağırlaşdırıb.
Zərərçəkənlərin iddiasına görə, hadisələrdən sonra onlara kompensasiya ödəniləcəyi ilə bağlı müxtəlif səviyyələrdə vədlər verilib. Lakin illər keçməsinə baxmayaraq, bir qrup icarədarın hələ də kompensasiya ala bilmədiyi, prosesin isə qeyri-müəyyən səbəblərlə uzadıldığı bildirilir.
Zərərçəkən sahibkarlardan biri Rafiq Ocaqverdiyev bildirib ki, 2019-cu il yanğını zamanı onun obyektinə təxminən 200 min manatdan artıq ziyan dəyib. Onun sözlərinə görə, dəfələrlə rəsmi qurumlara müraciət etməsinə və görüşlərdə iştirak etməsinə baxmayaraq, məsələ bu günə qədər həll olunmayıb:
“Bizə açıq şəkildə deyilmişdi ki, kompensasiya veriləcək. Dövlət qurumlarında keçirilən görüşlərdə də bu məsələ gündəmdə olub. Amma 6 ildən çox vaxt keçməsinə baxmayaraq, mənə heç bir ödəniş edilməyib. Hər dəfə müxtəlif səbəblərlə proses uzadılıb”, deyə o bildirib.
Ocaqverdiyev əlavə edib ki, kompensasiya problemi tək onunla məhdudlaşmır və bazarda eyni vəziyyətlə üzləşən digər icarədarların da olduğunu iddia edir.
“Orada tək mən deyiləm. Bir çox sahibkar var ki, illərdir ziyanını ala bilmir. Bəzilərinə ödəniş edildiyi deyilsə də, böyük bir hissə hələ də gözləyir. Hamı eyni problemdən əziyyət çəkir”, deyə o qeyd edib.
Onun sözlərinə görə, yanğınların geniş miqyas almasının əsas səbəbi bazarda yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmaması ilə bağlı olub:
“Bu hadisələr bizim günahımız deyildi. Yanğın təhlükəsizliyi normal şəkildə təmin edilməmişdi. Ona görə də ziyan çox böyük oldu. Amma nəticədə bütün yük sahibkarların üzərinə düşdü”.
İcarədar bildirib ki, kompensasiya məsələsinin illərlə həll olunmaması sahibkarları ciddi maliyyə böhranına salıb:
“İllərdir borc içindəyik. Kreditlər, icarə və digər öhdəliklər bizi sıxır. Bir çox sahibkar artıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyət dözülməz həddə çatıb”.
Rafiq Ocaqverdiyev həmçinin iddia edir ki, məsələni ictimailəşdirdikdən sonra müxtəlif təzyiqlərlə üzləşib və hüquqi mübarizəni davam etdirmək niyyətindədir:
“Mənə qarşı şikayətlər edilib. Amma dediklərimin hamısının arxasındayam. Mənə dəymiş ziyanın ödənilməsini tələb edirəm və sona qədər mübarizə aparacağam”.
Mediada yayılan iddialarda “EuroHome” ticarət mərkəzinin adı həm də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə əlaqələndirilir. Həmin iddialarda bazarın idarəçiliyi və ona bağlı biznes strukturlarının müxtəlif dövrlərdə geniş şəbəkə kimi formalaşdığı, eləcə də obyektlə bağlı qərarların təsir imkanlarına dair versiyaların ictimai müzakirələrdə yer aldığı qeyd olunur. Bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Bənzər Xəbərlər

16.06.2026 - 15:55Ariz Əhədov

Baş nazir MÜHÜM QƏRAR imzaladı

16.06.2026 - 15:53Ariz Əhədov

Rasim İldırımzadə məhkəmə zalında həbs edildi

16.06.2026 - 11:12Ariz Əhədov

Sosial müavinət və təqaüd alanlarla bağlı ŞAD XƏBƏR

16.06.2026 - 09:20Ariz Əhədov

Gizli təhlükə yayılır: Milyonlarla insan bilmədən... - Xəbərdarlıq

16.06.2026 - 08:35Ariz Əhədov

Paytaxtın bu ərazilərində işıq olmayacaq

16.06.2026 - 06:08Ariz Əhədov

"Ləzzət" mağazasında satıcı SKANDALI - FOTO

16.06.2026 - 00:32Ariz Əhədov

Azərbaycanda müğənni  dünyasını dəyişdi - FOTO

15.06.2026 - 20:58Ariz Əhədov

Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ

15.06.2026 - 12:42Ariz Əhədov

Sabah 32 dərəcə isti olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 763

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 659

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 347

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 060
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.