Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
İqtisadiyyat

Azərbaycan Tibb Universitetində 17 min manatlıq aviabilet alınıb

Azərbaycan Tibb Universitetində 17 min manatlıq aviabilet alınıb

Azərbaycan Tibb Universiteti aviabiletlərin satın alınması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.

32gun.az-ın verdiyi məlumata görə, universitet rəqabətsiz satınalma metodu olan “bir mənbədən” istifadə etməklə “İNTERNATİONAL MİCE COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəsmi müqavilə bağlayıb.

Əldə olunan razılaşmaya əsasən, aviabiletlərin təmin edilməsi üçün qarşı tərəfə ümumilikdə 17 550 AZN vəsait ödənilib.

Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru tibb elmləri doktoru, professor Gəray Çingiz oğlu Gəraybəylidir.

Paylaş: