Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabahın havası ilə bağlı vacib XƏBƏRDARLIQ
  • ​Zaur Baxşəliyev yenə ATV-dədir
  • Əməkdar artist vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

İqtisadiyyat Ariz Əhədov01.04.2026 - 22:37
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb. Hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur”.

Yeniera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin:

“Bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslarına qənaət edə bilər.

Digər mühüm məsələ isə sertifikatlaşdırmanın əməkhaqqına təsiri ilə bağlıdır. Mövcud qaydalara əsasən, imtahanda yüksək nəticə göstərən müəllimlərin maaşına əlavə olunur. Belə ki, 51 və daha çox bal toplayan müəllimlərin əməkhaqqı 35%, 30–50 bal arası nəticə göstərənlərin isə 10% artırılır.

Təklif edilən dəyişikliklərə görə, qiymətləndirmə daha ədalətli və beynəlxalq təcrübəyə uyğun şəkildə qurulmalıdır. Məsələn, 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər.

Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, onların motivasiyasının artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, qiymətləndirmə sisteminin daha şəffaf və ədalətli olması müəllimlər arasında rəqabəti sağlam şəkildə təşviq edər.

Bundan əlavə, minimum əməkhaqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılmasına, alıcılıq qabiliyyətinin qorunmasına və ümumi iqtisadi sabitliyin təmin olunmasına xidmət edir”,/baku.ws

Bənzər Xəbərlər

26.04.2026 - 23:08Ariz Əhədov

Sabahın havası ilə bağlı vacib XƏBƏRDARLIQ

26.04.2026 - 22:32Ariz Əhədov

​Zaur Baxşəliyev yenə ATV-dədir

26.04.2026 - 22:10Ariz Əhədov

Əməkdar artist vəfat etdi - FOTO

26.04.2026 - 21:50Ariz Əhədov

Maaş artımları ilə bağlı mühüm açıqlama

26.04.2026 - 20:00Ariz Əhədov

Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

26.04.2026 - 19:15Ariz Əhədov

Üç maşın toqquşdu- Xəsarət alan var

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 226

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 026

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 933

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 142
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.