Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
Hadisə

Azərbaycanda məktəbdə müəllim şagirdi döydü-İDDİA- GÖRÜNTÜLƏR

Azərbaycanda məktəbdə müəllim şagirdi döydü-İDDİA- GÖRÜNTÜLƏR

Ağsu rayonunda yerləşən 3 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərdiyi iddia edilir.

Ajans.az-ın redaksiyasına məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı valideyn şikayəti daxil olub. Valideyn iddia edir ki, hadisə 2026-cı il oktyabrın 15-də baş verib.

Şikayətçinin sözlərinə görə, həmin gün tarix müəllimi Dilarə Eminova dərsə daxil olaraq övladının sinifdə Azərbaycan dili kitabı oxumasına əsəbiləşib. Müəllim uşağın gec hazırlaşdığını əsas gətirərək ona irad bildirib.

Valideynin iddiasına görə, müəllim daha sonra şagirdə sillə vurub, onu divara itələyib. Şikayətdə bildirilir ki, uşağın çiyninin nahiyəsi zədələnib, müəllim onun qolundan möhkəm yapışdığı üçün dırnaqları uşağın dərisinə batıb və dərisi soyulub.

Hadisədən sonra məktəbdə 11-ci sinifdə təhsil alan şagirdin bacıları, psixoloq və direktorun da iştirak etdiyi görüş keçirildiyi bildirilir. Valideyn iddia edir ki, uşaq ağlayaraq baş verənləri danışsa da, onun şikayətinə lazımi diqqət göstərilməyib və bacıları sinifdən çıxarılaraq qapı bağlanıb.

Şikayətçinin sözlərinə görə, hadisədən sonra məktəbin digər müəllimi Nüşabə müəllimə onun evinə gələrək üzr istəyib. Lakin valideyn bu üzrxahlığı qəbul etmədiyini bildirib.

Valideynin sözlərinə görə, ailənin müəllimlə bağlı narazılığı bununla da bitmir. O, 4-cü sinifdə oxuyan övladının əvvəllər burun nahiyəsindən zərbə aldığını, hadisədən sonra səhhətində problemlər yarandığını və artıq altı aydır müalicə aldığını iddia edir. Valideyn həkimin uşağın burun nahiyəsindəki kapilyarların partladığını bildirdiyini qeyd edir.

Bundan başqa, şikayətdə Dilarə Eminova ilə bağlı müəllimlər otağında baş verdiyi iddia olunan başqa bir insidentdən də bəhs edilir. Valideyn həmin hadisə zamanı müəllimin jurnalın onun başına atıldığını iddia edir.

Ajans.az məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini öyrənmək üçün Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Lakin material dərc edilənədək sorğumuza cavab verilməyib.

Paylaş: