Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi
  • Üç gün ardıcıl iş olmayacaq – TARİXLƏR
  • Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? – Özündən AÇIQLAMA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin dəyişir

Azərbaycanda yaz fəsli olmayacaq? - Hazır olun, hava kəskin dəyişir

Cəmiyyət Ariz Əhədov30.04.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Yaz fəslinin bitməsinə 1 ay qalsa da, onun xarakterik istiliyi və sabitliyi hələ də hiss olunmur. Hətta may ayında havaların qəfil və kəskin istiləşəcəyi gözlənilir.

Yeniera.az bildirir ki, globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, yazın ilk iki ayı Bakı və ətraf bölgələrdə qeyri-sabit, sərin və yağıntılı hava şəraiti ilə yadda qaldı:

“Ənənəvi olaraq yaz aylarında müşahidə edilən mülayim istilik və günəşli günlər bu il özünü gec göstərir. Metroloji baxımından fəsillər arasında keçid dövrləri, xüsusilə yaz ayları dəyişkənliyi ilə seçilir. Hazırda müşahidə olunan sərin və rütubətli hava kütlələrinin üctünlük təşkil etməsi, əsasən şimal və qərb istiqamətlərindən daxil olan soyuq hava axınları ilə əlaqədardır. Bu proseslər bəzən yazın “gecikməsi” kimi qəbul edilir. Lakin may ayı ilə birlikdə vəziyyət dəyişməyə başlayır. Günəş radiasiyasının artması, torpaq və su səthinin isinməsi atmosferin aşağı qatlarında tempereturun yüksəlməsinə səbəb olur. Bu isə daha sabit və isti hava şəraitinin formalaşması üçün zəmin yaradır”.

Ekoloq bildirib ki, may ayında tempereturun qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə artması mümkündür:

“Bu, xüsusilə cənub və cənub-şərq istiqamətindən daxil olan isti və quru hava kütlələri ilə bağlıdır. Belə hallarda temperatur bir neçə gün ərzində 10-15 dərəcə yüksələ bilər. Bu da anidən “kəskin istiləşmə” deməkdir. Amma bu proses sabit olmur. Yəni may ayında bir neçə gün isti hava müşahidə olunsa da, ardınca yenidən sərin və yağıntılı hava dalğası gələ bilər. Bu isə yaz fəslinin dəyişkən xarakterindən irəli gəlir.

Son illərdə iqlim dəyişikliyi nəticəsində hava hadisələrinin daha qeyri-sabit və ekstremal xarakter alması müşahidə olunur. Bu konteksdə yaz aylarının gecikməsi, qəfil istiləşmə və soyuma, intensiv yağıntılar kimi hallarda tez-tez baş verir. May ayında ani istiləşmə ehtimalı da məhz bu qlobal dəyişikliklərin təsiri ilə real görünür.

Bütün bu amilləri nəzərə alsaq, may ayında havaların qəfil və kəskin istiləşməsi tamamilə mümkündür. Lakin bu istiləşmə davamlı və sabit olmayacaq, yəni yazın klassik, balanslı havası yenə də müəyyən müddət gecikə bilər. Bu səbəbdən hesab edirəm ki, yaxın həftələrdə həm isti, həm də sərin günlərə hazır olmaq, hava proqnozlarını mütəmadi izləmək ən doğru yanaşmadır”.

Bənzər Xəbərlər

30.04.2026 - 10:25Ariz Əhədov

Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi 

30.04.2026 - 10:13Ariz Əhədov

Üç gün ardıcıl iş olmayacaq - TARİXLƏR

30.04.2026 - 10:00Ariz Əhədov

Balaş Qasımov İTV-dən gedir, AzTV-yə sədr gətirilir? - Özündən AÇIQLAMA

30.04.2026 - 09:48Ariz Əhədov

Bu şəxslərin maaşı artacaq - RƏSMİ

30.04.2026 - 09:32Ariz Əhədov

Ukraynanın məğlubiyyəti elan edildi

30.04.2026 - 09:25Ariz Əhədov

Qazın qiyməti ARTDI

29.04.2026 - 22:47Ariz Əhədov

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır

29.04.2026 - 22:08Ariz Əhədov

Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO

29.04.2026 - 20:40Ariz Əhədov

Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 290

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 074

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 956

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 172
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.