Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Britaniya ilk dəfə sualtı drondan ağır torpeda atdı
  • Dənizdə batan tələbələrin FOTOSU
  • Çindən ABŞ-a tələb – Tayvana silah tədarükü dayandırılsın
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»AzTV əməkdaşı İTV-dəki futbol şərhçilərini tənqid etdi: “Bu nə ifadədir?”

AzTV əməkdaşı İTV-dəki futbol şərhçilərini tənqid etdi: “Bu nə ifadədir?”

Media Ariz Əhədov18.06.2026 - 15:31
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Hazırda bütün idman azarkeşlərinin diqqəti ABŞ, Kanada və Meksikada davam edən 2026-cı ilin futbol üzrə Dünya Çempionatına yönəlib. Dünya miqyaslı bu turnir təkcə meydandakı oyunlarla deyil, həm də yayımlar və şərhçiliklə bağlı müzakirələrlə gündəmdədir.

Azarkeşlər xüsusilə matçların şərh tərzi, analitik yanaşma və canlı yayımlarda təqdim olunan ekspert rəylərinin keyfiyyəti barədə fikir bildirirlər. Yeni texnologiyalar və geniş yayım imkanları sayəsində şərhçilik daha da interaktiv xarakter alıb, tamaşaçılar isə oyunu daha dərindən anlamağa çalışırlar.

Bu baxımdan 2026-cı ilin Dünya Çempionatı həm idman baxımından, həm də media və şərhçilik mədəniyyəti üçün yeni bir mərhələ kimi qiymətləndirilir.

Azərbaycanda Dünya Çempionatının oyunları İctimai Televiziya (İTV) ilə yayımlanır. Oyunlar İTV və “CBC Sport” telekanallarının əməkdaşları tərəfindən şərh olunur.

İTV-dəki şərhçiliklə bağlı sosial şəbəkəlırdə müxatəlif fikirlər qeyd olunur. Onu bəyənənənlər də var, tənqid edənlər də.

Yeniera.az-ın Modern.az-a istinadən məlumatına görə, tanınmış telejurnalist, AzTV-nin əməkdaşı Azər Qismət azərbaycanlı şərhçiləri tənqid edərək bəzi tövsiyələrini bildirib.

“Futbol üzrə Dünya Çempionatı gedir. Baxmıram. Ümumiyyətlə, baxan deyiləm və bununla qürur duymuram. Sadəcə, ürəyimdən keçmir. O gün dedim, baxacam. Lakin bəzi futbol şərhçilərinin bəzi ifadələri bir az sinirimi zədələdi.

“Topun arxasına keçdi”. Əzizim, bu nə ifadədir?

“Futbolçu yerə yıxıldı”. Yəqin göyə yıxılmaq da var. Sadəcə, demək lazımdır ki, yıxıldı. Aydın məsələdir ki, yerə yıxılır.

Bir ifadə var, o lap gül vurur. “Topu asma zərbə ilə ötürdü”. Asma nədir? Stadionda asma körpü qurulub? Havadan ötürmə deyəndə nə olur ki?

“Futbolçular meydançaya daxil olur”. “Meydança” sözünü o qədər işlədirlər ki. Futbol meydanı olur. Meydança eni və uzunu kiçik əraziyə deyilir. Məsələn, voleybol meydançası.

Bir də nə olar, top kimdədirsə, kimə ötürülərsə, adları tez-tez çəkməyin. Tamaşaçı bunu görür. Sanki belə şərhlər gözdən əlil tamaşaçılar üçün nəzərdə tutulur. Əgər doğrudan da onlar üçün nəzərdə tutulursa, ayrıca şərhlər olur. Dünyada belə təcrübə möbcuddur. Ya da ötən əsrin 30-40-cı illərində radio dinləyiciləri üçün nəzərdə tutulurdu ki, meydanda baş verənləri görə bilmirlər.

Bir də məncə, əlbəttə, subyektiv fikrimdir, futbolçunun ad-soyadını çəkəndə, bunu ingilis, brazil, ya portuqal ağzı ilə deməyə ehtiyac yoxdur.

Çox qəribə ifadələr eşitdim, xatırladıqlarım bunlar oldu”.

Bənzər Xəbərlər

14.09.2026 - 19:05Gülnar Əliyeva

Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi - Fotolar

07.09.2026 - 17:15Gülnar Əliyeva

ARB TV-dən gedən Elgizin yeni verilişi yayıma başladı

31.08.2026 - 20:10Gülnar Əliyeva

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

29.08.2026 - 21:06Gülnar Əliyeva

MEDİA BƏYANAT YAYDI - “Həmin saytın fəaliyyəti qanunsuzdur”

22.08.2026 - 13:20Gülnar Əliyeva

Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar

22.08.2026 - 10:13Gülnar Əliyeva

Əməkdar jurnalist vəfat etdi

14.08.2026 - 11:15Gülnar Əliyeva

“Global Media”nın əməkdaşı vəfat etdi - Foto

09.08.2026 - 16:33Gülnar Əliyeva

Tahirə Məmmədqızına VƏZİFƏ VERİLDİ

07.08.2026 - 13:15Gülnar Əliyeva

20 manatlıq ödəniş ləğv olundu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 106

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 027

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 822
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.