Çin Prezidenti Si Cinpinin ABŞ-a səfəri zamanı Tayvana silah tədarükü məsələsini gündəmə gətirəcəyi gözlənilir.
Yeniera.az xəbər verir ki, Reuters-in mənbələrə istinadən yaydığı məlumata görə, Si Cinpin ABŞ Prezidenti Donald Trampdan Tayvana silah tədarükünün dayandırılmasını tələb edə bilər.
Məlumata görə, Çin lideri bu tələbini 1982-ci ildə imzalanmış ABŞ-Çin birgə kommünikesinin müddəalarına əsaslandıracaq.
Ağ Evin sözçüsü isə bildirib ki, Tramp yaxın müddətdə Tayvana yeni silah tədarükü paketi ilə bağlı qərar verməyi planlaşdırır.
Qeyd edək ki, Si Cinpinin sentyabrın 23-25-də ABŞ-a səfər edəcəyi bildirilib. Tayvan məsələsi Vaşinqton və Pekin arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.
YENİERA.AZ

