Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Təcili!Polisə atəş açan Mirzəyev zərərsizləşdirilib
  • Prezident nazirləri topladı – Müşavirə keçirir
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş – RƏSMİ

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

Gündəm Gülnar Əliyeva10.07.2026 - 23:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Naxçıvan Muxtar Respublikası ilə Bakı arasında yeganə nəqliyyat dəhlizi olan hava əlaqəsində son aylarda ciddi fasilələr, reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv olunması halları müşahidə edilir. Statistikaya nəzər saldıqda, bu il ötən illərlə müqayisədə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların daha çox ləğv edildiyi görünür.

Yeniera.az bildirir ki, reyslərin ləğvetmə halları ilə bağlı “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətinə sorğu ünvanlanıb. Qurumdan cavab olaraq bildirilib ki, reyslərin builki intensiv ləğvi birbaşa sərnişin və ekipajın təhlükəsizliyini qorumaq məqsədi daşıyır:

“Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və mürəkkəb dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa və kəskin təsir göstərir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi (külək kəsilməsi) və ildırım aktivliyi təyyarələrin eniş və qalxma mərhələlərində əlavə və ciddi risklər yaradır”.

Mətbuat xidməti sərnişinlər arasında yaranan bəzi yanlış anlaşılmalara da aydınlıq gətirib:

“Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin yerdə – hava limanında müşahidə etdiyi vizual görüntüyə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, həmçinin qalxma və enmə hava limanlarında mövcud olan və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.

Məsələn, yerdən baxdıqda hava təmiz və aydın görünə bilər. Lakin yuxarı qatlarda mövcud olan ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı və ya tufan buludları yer səviyyəsindən aydın seçilmir. Bu faktorlar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratdığından, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq reysləri ləğv etmək məcburiyyətində qalırlar.”

AZAL rəsmiləri bəyan ediblər ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipaj üzvlərinin həyatını riskə atmamaq şərti ilə, yalnız beynəlxalq mülki aviasiya normalarına əsaslanaraq qəbul edir./Modern.az/

Bənzər Xəbərlər

22.09.2026 - 12:52Gülnar Əliyeva

Təcili!Polisə atəş açan Mirzəyev zərərsizləşdirilib

21.09.2026 - 23:20Gülnar Əliyeva

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” - Tahir Gözəl

21.09.2026 - 23:10Gülnar Əliyeva

Serdar Ortaç vəsiyyətini açıqladı

21.09.2026 - 23:00Gülnar Əliyeva

Mədən çökdü: 11 nəfər öldü - bu ölkədə

21.09.2026 - 22:22Gülnar Əliyeva

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Hakan Fidan

21.09.2026 - 22:08Gülnar Əliyeva

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21.09.2026 - 20:10Gülnar Əliyeva

Putinin partiyası qalib gəldi

21.09.2026 - 20:10Gülnar Əliyeva

Maliyyə sıxıntıları bitir - 3 bürc üçün bolluq dövrü başlayır

21.09.2026 - 19:00Gülnar Əliyeva

Nazirlər Kabinetindən məktəblərlə bağlı mühüm qərar:5 iş günü müddətində...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 105

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 821
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.