Paytaxtın aparıcı tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzində yol göstərici lövhədə orfoqrafik səhvə yol verilib.
Yeniera.az gununsesiinfo-ya istinadən xəbər verir ki, mərkəzin 3-cü mərtəbəsində yerləşən lövhədə “LOR POLİKİLİNİKA” yazılıb. Halbuki sözün Azərbaycan dilində düzgün yazılışı “poliklinika”dır.
Belə bir səhvin tibb müəssisəsində diqqətdən kənarda qalması sual doğurur. Lövhənin hazırlanması, təsdiqlənməsi və quraşdırılması zamanı üzərindəki yazının yoxlanılmadığı görünür.
Son illər səhiyyə müəssisələrində Azərbaycan dilindən düzgün istifadə ilə bağlı tələblər dəfələrlə vurğulanıb. Buna baxmayaraq, paytaxtda yerləşən tibb müəssisələrindən birində belə səhvə yol verilməsi diqqət çəkir.
Düzgün hazırlanmış yol göstərici lövhələr və digər məlumatlandırıcı vasitələr vətəndaşların rahat istiqamət tapmasına, eləcə də müəssisənin görünüşünün daha səliqəli olmasına xidmət edir.
Məsələnin araşdırılaraq lövhədəki yazının “LOR POLİKLİNİKA” formasında düzəldiləcəyi gözlənilir.

