Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA
  • Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb
  • Azərbaycanda bu qorxulu xəstəlik yayıldı – Karantin rejimi tətbiq ediləcək?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Dövriyyədə yeni 100 manatlıqlar – Necə yoxlaya bilərsiniz? – FOTO+VİDEO

Dövriyyədə yeni 100 manatlıqlar - Necə yoxlaya bilərsiniz? - FOTO+VİDEO

İqtisadiyyat Gülnar Əliyeva13.08.2026 - 14:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bir aya yaxındır ölkəmizdə yenilənmiş 100 manatlıq pul nişanı tədavüldədir.

Vətəndaşlar yeni əsginasın həqiqiliyini necə yoxlaya bilərlər?

Yeniera.az bildirir ki, Mərkəzi Bankdan Medianews.az-a bildiriblər ki, qurumun internet səhifəsində hər bir milli pul nişanının, eləcə də yenilənmiş 100 manatlıq pul nişanının texniki göstəriciləri, mühafizə elementləri və ümumilikdə dizayn tərtibatı ilə bağlı ətraflı məlumat verilib. Hər bir pul nişanına aid səhifədə pul nişanının həqiqiliyinin yoxlanılmasına dair broşur və maarifləndirici videoçarx da yerləşdirilib.

İyulun 15-dən tədavüldə olan yeni dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq kağız pul nişanının mühafizə elementləri aşağıdakı kimidir:

Su nişanı – Pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın ədədi təsvir olunmuş su nişanı görünür.

Holoqram – Optik effektlərə malik, parlaq və dinamik RollingStar® LEAD təhlükəsizlik holoqramı. Pul nişanını hərəkət etdirməklə Mərkəzi Bankın yeni inzibati binasının təsviri rəngini firuzəyidən bənövşəyiyə dəyişir, müxtəlif bucaq altında 3D effektli Manat simvolu “100” ədədi ilə əvəzlənir.

Mühafizə sapı – Pul nişanına həkk edilmiş dinamik effektli RollingStar®i+ mühafizə sapı üzərində “100” ədədi və “AMB” yazısı təsvir olunur. Pulu hərəkət etdirməklə dinamik işıq effektində mavidən bənövşəyiyə rəng dəyişməsini görmək mümkündür.

Spark elementi – Manat simvolu pul nişanının ön tərəfindəki SPARK Flow® Prime mühafizə elementində təsvir edilmişdir. Pulu şaquli hərəkət etdirdikdə elementin bənövşəyidən bürüncə dəyişməsi və dinamik işıq effektində naxışlar görünür.

Sayrışan rəngli boyalar – “100” rəqəmi və “AZN” yazısı mavi və bənövşəyi rənglərdən ibarət sayrışan boyalarda əks etdirilmişdir.

Qabarıq çap – Pul nişanının müəyyən sahələrində barmaqla hiss olunan qabarıq çap elementləri mövcuddur.

Görmə qüsuru olanlar üçün tanıma elementi – Pulun ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün nominalı müəyyən etməyə imkan verən xətlər yerləşir.

Surətçıxarmaya qarşı xətlər strukturu – Pul nişanının üzərində surətçıxarmaya qarşı “Moar” effekti yaradan xətlər strukturu təsvir olunur.

Mikromətn – Böyüdücü ilə baxdıqda “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri və digər mətnlər oxunur.

Rənglərin bölgüsü – Bir element daxilində rənglərin bir-birinə keçidini müşahidə etmək mümkündür.

Mürəkkəbsiz çap – Pul nişanının üzərində mürəkkəbsiz çap edilmiş iri “AMB” yazısı mövcuddur və toxunulan zaman hiss olunur.

Seriya nömrəsi – Pul nişanının arxa tərəfində biri üfüqi, digəri isə şaquli olan iki ədəd seriya nömrəsi yerləşir. Hər bir pul nişanının seriya nömrəsi təkrarlanmayandır.

Təhlükəsizlik lifləri – pulun səthi boyunca ultrabənövşəyi işıq altında görünən müxtəlif rəngli liflər yerləşir.

Ultrabənövşəyi (UB) işıqda görünən elementlər – pul nişanının ön və arxa tərəflərində pulun həqiqiliyinin müəyyən edilməsi üçün nəzərdə tutulmuş və ultrabənövşəyi işıq altında görünən elementlər mövcuddur.

Medianews.az Mərkəzi Bankın yenilənmiş 100 manatlıq pul nişanının həqiqiliyinin yoxlanılmasına dair broşurdan seçmələri və maarifləndirici videoçarxı da təqdim edir:

 

 

 

 

 

 

 

 

Yenilənmiş 100 manatlıq pul nişanının ölkədə istismar edilən nağd pul avadanlıqlarına tanıdılması üçün aparılan adaptasiya prosesi başa çatıbmı?

Medianews.az-ın bu sualına Mərkəzi Bankdan belə cavab vrilib: “Mərkəzi Bank aprel ayının 15-dən başlayaraq ölkə ərazisində bank və qeyri-bank ödəniş təşkilatları tərəfindən istismar olunan nağd pul avadanlıqlarının yenilənmiş 100 manat üzrə tanıdılması prosesini təşkil edib və müvafiq işlər yekunlaşıb”.

Bənzər Xəbərlər

13.08.2026 - 15:20Gülnar Əliyeva

Məleykə Abbaszadədən keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

13.08.2026 - 15:07Gülnar Əliyeva

Benzinlə bağlı mühüm açıqlama: ixracın dəyəri 2,3 dəfə artıb

13.08.2026 - 14:50Gülnar Əliyeva

Azərbaycanda bu qorxulu xəstəlik yayıldı - Karantin rejimi tətbiq ediləcək?

13.08.2026 - 14:36Gülnar Əliyeva

Bakı Sağlamlıq Mərkəzində kobud səhv: “Poliklinika” sözünü düzgün yaza bilmədilər...

13.08.2026 - 14:35Gülnar Əliyeva

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

13.08.2026 - 14:23Gülnar Əliyeva

Həsən Ömərova müşavir təyin edildi

13.08.2026 - 13:57Gülnar Əliyeva

Simonyan Təhlükəsizlik Şurasının katibi oldu

13.08.2026 - 13:43Gülnar Əliyeva

Bu rayonun 35 kəndi işıqsız qaldı

13.08.2026 - 13:30Gülnar Əliyeva

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 745

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 880

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 858

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 690
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.