Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ramiz Mehdiyevin cinayət işində bu tanınmış şəxslər də var — ADLAR
  • İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər – Video
  • Sabah hava necə olacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bakıda bu küçələr bağlanacaq – SİYAHI

Bakıda bu küçələr bağlanacaq - SİYAHI

Cəmiyyət Ariz Əhədov04.11.2025 - 12:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakı Şəhər DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Yeniera.az xəbər verir ki, müraciətdə deyilir:

“8 noyabr – Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədi ilə 5-6 noyabr tarixlərində səhər saat 10:00-dan 16:00-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı:

-Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə;

-Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi;

-Ağ Şəhər Bulvarı, X.Rüstəmov küçəsindən Y.Səfərov küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq.

Paytaxtın cənub giriş qapısından sürücülər “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Ş.Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y.Səfərov küçəsindən keçməklə hərəkət edə bilərlər. H.Əliyev prospektindən Yasmal və digər istiqamətlərə gedən sürücülər isə Y.Səfərov küçəsindən keçməklə 28 May, R.Behbudov, Fizuli və A.Şaiq küçələrindən hərəkət edərək keçə bilərlər.

Əlavə olaraq bildirək ki, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş və çıxışlarında DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndiriləcək.

Yol hərəkəti iştirakçılarından qeyd edilən məhdudiyyətləri nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur”.

Bənzər Xəbərlər

15.09.2026 - 14:15Gülnar Əliyeva

Ramiz Mehdiyevin cinayət işində bu  tanınmış şəxslər də  var  —   ADLAR

15.09.2026 - 14:03Gülnar Əliyeva

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

15.09.2026 - 13:50Gülnar Əliyeva

Sabah hava necə olacaq?

15.09.2026 - 13:38Gülnar Əliyeva

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi

15.09.2026 - 13:25Gülnar Əliyeva

Əziz Səncər Prezidentə təşəkkür etdi

15.09.2026 - 13:05Gülnar Əliyeva

Hakan Fidan Ceyhun Bayramovla görüşdü - Fotolar

15.09.2026 - 12:55Gülnar Əliyeva

Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu

15.09.2026 - 12:30Gülnar Əliyeva

Birol Akgün Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdi - Fotolar

15.09.2026 - 12:18Gülnar Əliyeva

M7 ekspres avtobusunda təhlükəli vəziyyət - VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 039

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 078

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 006

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.