Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ramiz Mehdiyevin cinayət işində bu tanınmış şəxslər də var — ADLAR
  • İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər – Video
  • Sabah hava necə olacaq?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən – Cəzaya etiraz etdi

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi

Hadisə Gülnar Əliyeva15.09.2026 - 13:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ağdaşda yerləşən “Səma” şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 il 6 ay müddətə həbsə məhkum edilməsinə dair hökmündən apellyasiya protesti verib.

Bildirilib ki, ittihamçı-prokurur Qadir Məmmədovun Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək ümumilikdə 19 il həbsə məhkum edilməsini, cəzasını ciddi rejimli müəssisədə çəkməsini tələb edib. Lakin Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrlik etdiyi kollegiya əməldə xuliqanlıq tərkibinin olmaması qərarına gəlib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri üzrə günahkar hesab edilərək ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Mərhumun atası Hafiz Əliyev yeganə oğlu olan İlkini qətlə yetirən şəxsə ömürlük cəza verilməsini tələb edib. O bildirib ki, oğlu evli olub və bir körpəsi yadigar qalıb. Hadisədən sonra İlkinin anası ağır xəstəliyə düçar olub.

Apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsində hakim Anar Əsgərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə qətlə yetirilən İlkin İsgəndərli bir-birlərini tanımayıblar. Müəyyən edilib ki, Qobustan rayonunda qeydiyyatda olan İlkin həmin gün Ağdaşa dostları ilə birgə toya gedib. Toyun sonlarına yaxın onlarla gəlinin bir neçə qohumu arasında mahnıya görə mübahisə yaranıb. Mübahisə zəminində tərəflər şadlıq evinin foyesinə çıxıblar və burada İlkin bıçaqlanaraq öldürülüb.

Mərhumun ailəsi iddia edib ki, hadisədə 20-30 nəfər iştirak edib və İlkinə kütləvi hücum edərək döyüb bıçaqlayıblar: “Şadlıq evində 28 kamera var, amma cinayətin görüntüləri çıxarılmadı. Həmçinin sonradan baxanda göründü ki, ətrafdakı kameralar da sökülüb. Oğlumu qətlə yetirənlər arasında Qadirin oğlu Nadir də olub, amma onlar məsuliyyətdən kənarda qalıb”.

Təqsirləndirilən şəxs isə deyib ki, həmin gün xalası nəvəsinin toyu olub. O, İlkinin oğlu ilə mübahisə etdiyini və ona vurduğunu, buna görə də üzərindəki soyuq silah hesab edilən xəncərlə İlkinə zərbələr endirdiyini söyləyib.

Bənzər Xəbərlər

15.09.2026 - 14:15Gülnar Əliyeva

Ramiz Mehdiyevin cinayət işində bu  tanınmış şəxslər də  var  —   ADLAR

15.09.2026 - 13:50Gülnar Əliyeva

Sabah hava necə olacaq?

15.09.2026 - 13:25Gülnar Əliyeva

Əziz Səncər Prezidentə təşəkkür etdi

15.09.2026 - 13:05Gülnar Əliyeva

Hakan Fidan Ceyhun Bayramovla görüşdü - Fotolar

15.09.2026 - 12:55Gülnar Əliyeva

Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu

15.09.2026 - 12:30Gülnar Əliyeva

Birol Akgün Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdi - Fotolar

15.09.2026 - 12:02Gülnar Əliyeva

ABŞ vizası almaq istəyənlərin NƏZƏRİNƏ

15.09.2026 - 11:53Gülnar Əliyeva

Vüqar Behbudov onu işdən AZAD ETDİ - FOTO

15.09.2026 - 11:40Gülnar Əliyeva

Hərbi Prokurorluqdan məlumat yaydı - 2 nəfərə cinayət işi açıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 040

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 078

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 006

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.