Sosial şəbəkələrdə zoomağazada qadına qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülər paylaşılıb.
Yeniera.az xəbər verir ki, zərərçəkmiş qadının qızı hadisənin videosunu yayaraq, şiddət törədən şəxsin anasını öldürməklə hədələdiyini bildirib:
“Anamı bıçaqla öldürməklə hədələyib və sonra döyməyə başlayıb. Anamın üzünə və sol qabırğasına bir neçə dəfə vurub. Hazırda anamın şiddətli ağrıları var”, – deyə o qeyd edib.
class=”ad-inpage”>Əldə etdiyimiz məlumata görə, Bakıda qadına qarşı zorakılıq törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Keçirilən tədbirlərlə 1982-ci il təvəllüdlü Zamiq Xəlilov saxlanılıb.
Araşdırma aparılır. qafqazinfo.az


