Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Təcili!Polisə atəş açan Mirzəyev zərərsizləşdirilib
  • Prezident nazirləri topladı – Müşavirə keçirir
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bakıda qulaqdibi xəstəliyi yayılıb? – Açıqlama

Bakıda qulaqdibi xəstəliyi yayılıb? - Açıqlama

Cəmiyyət Gülnar Əliyeva10.07.2026 - 20:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.

Yeniera.az xəbər verir ki, Səhiyyə Nazirliyindənverilən məlumata əsasən həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.

Bildirilib ki, hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir:

“Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.

Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.

Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.

Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir”.

Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edib: “Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur.

Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilir”.

Səhiyyə Nazirliyi bir daha bildirib ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır:

“Əhalinin sağlamlığının qorunması məqsədilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur”.

Bənzər Xəbərlər

22.09.2026 - 12:52Gülnar Əliyeva

Təcili!Polisə atəş açan Mirzəyev zərərsizləşdirilib

21.09.2026 - 23:20Gülnar Əliyeva

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” - Tahir Gözəl

21.09.2026 - 23:10Gülnar Əliyeva

Serdar Ortaç vəsiyyətini açıqladı

21.09.2026 - 23:00Gülnar Əliyeva

Mədən çökdü: 11 nəfər öldü - bu ölkədə

21.09.2026 - 22:22Gülnar Əliyeva

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Hakan Fidan

21.09.2026 - 22:13Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

21.09.2026 - 22:08Gülnar Əliyeva

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21.09.2026 - 20:10Gülnar Əliyeva

Putinin partiyası qalib gəldi

21.09.2026 - 20:10Gülnar Əliyeva

Maliyyə sıxıntıları bitir - 3 bürc üçün bolluq dövrü başlayır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 105

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 821
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.