Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası KƏSİLDİ
  • Prezident onu təbrik etdi
  • Tanınmış idmançımız HƏBS EDİLDİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Bakının mərkəzində “cəhənnəm bitkisi” – Bir yarpağına toxunmaq belə öldürür/FOTO

Bakının mərkəzində “cəhənnəm bitkisi” – Bir yarpağına toxunmaq belə öldürür/FOTO

Maraqlı Gülnar Əliyeva09.07.2026 - 00:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son vaxtlar Bakının demək olar ki, hər küçəsində, parkında, yol kənarında göz oxşayan çəhrayı çiçəklərə rast gəlirik.

Şəhərin boz mənzərəsinə rəng qatan bu bitkilərin yanından hər gün yüzlərlə insan keçir. Bəzən diqqət belə etmirik.

Onların nə xüsusi qoxusu var, nə də diqqət çəkən başqa bir xüsusiyyəti. Sadəcə gözəllik yaratmaq üçün əkilir, yaşıllaşdırma işlərində geniş istifadə olunur. Hətta zaman-zaman insanların “bu bitkilər də hər yerdədir, amma yaman toz tutur ha” dediyinin şahidi olmuşam.

Amma bir neçə gün əvvəl sosial şəbəkədə qarşıma çıxan bir video bu adi görünən çiçəyə münasibətimi tam dəyişdi.

Videonun başlığı belə idi:

“Bir yarpağına toxunmaq belə öldürür”

Söhbət zəqqum, yəni “oleandr” adlandırılan bitkidən gedir.

Bu çiçək əslində gözəlliyi ilə yanaşı, zəhərli olması ilə də tanınırmış. Oleandrın yarpaqlarında, gövdəsində və çiçəklərində ürək fəaliyyətinə təsir edə bilən toksik maddələr — xüsusilə “oleandrin” adlı birləşmə var. Bitkinin hissələrinin yarpağı, gövdəsi, çiçəyinin yeyilməsi, çox uzun müddət qoxlanması insan və heyvanlar üçün ciddi təhlükə yarada bilər.

Ən böyük risk isə odur ki, bu bitki bu gün şəhərin ən çox istifadə olunan dekorativ kollarından biridir. Parklarda, yol kənarlarında, yaşayış binalarının ətrafında, demək olar ki, hər yerdə qarşımıza çıxır.

images 17

Bəs bu nə deməkdir?

Bu o deməkdir ki, xüsusilə kiçik uşaqlar və ev heyvanları üçün ehtiyatlı olmaq lazımdır. Çünki uşaqlar bəzən maraqdan gördükləri yarpağa, çiçəyə toxuna və ya ağızlarına apara bilərlər. Heyvanlar üçün də bu bitki təhlükə mənbəyi hesab olunur.

Oleandrın yandırılması da təhlükəlidir. Bitkinin tüstüsünün udulması zəhərli maddələrin orqanizmə daxil olmasına səbəb ola bilər. Buna görə də bağ tullantıları arasında belə bu bitkini yandırmaq məsləhət görülmür.

“Zəqqum” adı haradan gəlir?

Türk dilində geniş işlənən “zakkum” sözü bizdə əsasən “zəqqum” və “oleandr” kimi tanınır.

Qardaş ölkədə “zıkkımın kökünü ye” ifadəsi də bu sözlə əlaqələndirilir. Bu deyim adətən narazılıq, qınaq və ya kiminsə həddindən artıq tamahkar davranışına qarşı işlədilir.

Zəqqum sözü dini mətnlərdə də mənfi məna daşıyan simvol kimi keçir.

İslam mənbələrində “cəhənnəm ağacı” kimi təsvir olunan zəqqumun adı ilə bu bitkinin adı arasında zamanla əlaqə qurulub.

Oleandrın zəhərli xüsusiyyətləri tarix boyu da diqqət çəkib. Onunla bağlı ən məşhur rəvayətlərdən biri qədim müharibələrdən birində əsgərlərin bu bitkinin budaqlarından istifadə etməsi və nəticədə zəhərlənməsi barədədir. Belə ki, savaşa gedən fransız əsgərləri ovladıqları heyvanı bişirmək üçün şiş əvəzi, bu bitkinin sapından istiafdə edib, səhər isə hamısı ölü tapılıb.

Bu hekayələrin nə qədərinin tarixi fakt, nə qədərinin isə sonradan yaranmış əfsanə olduğu mübahisəlidir. Amma bir həqiqət dəyişmir: insanlar əsrlər boyu bu bitkinin zəhərli xüsusiyyətlərini biliblər və ondan ehtiyat ediblər.

Bakı niyə bu çiçəklərlə doludur?

Əsas sual budur: əgər bu bitki təhlükəlidirsə, niyə şəhər mühitində bu qədər geniş istifadə olunur?

Səbəblər məlumdur: oleandr quraqlığa davamlıdır, isti iqlimə yaxşı uyğunlaşır, uzun müddət çiçək açır və baxımı nisbətən asandır. Məhz buna görə də isti bölgələrdə dekorativ bitki kimi geniş yayılıb.

Qiyməti də çox yüksək deyil. Apardığım kiçik araşdırmaya görə, oleandr tinglərinin qiyməti ölçüsündən asılı olaraq təxminən 1-6 manat, daha böyük kollar isə 10-30 manat arasında dəyişir.

Şəhərin gözəlləşdirilməsi vacibdir, yaşıllıq hər birimizin istədiyi şeydir. Lakin dekorativ seçimlər zamanı təhlükəsizlik də nəzərə alınmalıdır. Fikrimcə, bir neçə manat az ödəniş etmək üçün, nə uşaqların, nə də heyvanların həyatını dəhlükəyə atmaq lazım deyil. Mənfəət, qazanc müsbətdir, lakin qarşılığında təhlükə olamayacaqsa…

Çünki bəzən ən təhlükəli şeylər ən gözəl görünənlərin arasında gizlənə bilir.

Bakının küçələrini bəzəyən bu çəhrayı çiçəklər bizə bir daha xatırladır: “Bəzən təhlükə, ölüm tikanlı, qorxuducu ya da çirkin görünmür, bəzən o, ən gözəl rənglərə bürünüb yol kənarında sakitcə çiçək açır”.

Bənzər Xəbərlər

22.09.2026 - 18:20Gülnar Əliyeva

Britaniya ilk dəfə sualtı drondan ağır torpeda atdı

22.09.2026 - 18:10Gülnar Əliyeva

Dənizdə batan tələbələrin FOTOSU

22.09.2026 - 18:00Gülnar Əliyeva

Çindən ABŞ-a tələb – Tayvana silah tədarükü dayandırılsın

22.09.2026 - 17:50Gülnar Əliyeva

Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı

22.09.2026 - 17:43Gülnar Əliyeva

Tramp ABŞ-ın sursat ehtiyatları ilə bağlı açıqlama verdi

22.09.2026 - 17:30Gülnar Əliyeva

Tramp Pezeşkianla görüşmək istəyir? Rubio açıqladı

22.09.2026 - 17:16Gülnar Əliyeva

İçərisində məşhur müğənninin də olduğu helikopter qəzaya düşdü

22.09.2026 - 17:02Gülnar Əliyeva

Kəmalə sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

22.09.2026 - 15:50Gülnar Əliyeva

Azərbaycanda 13 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 073

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 110

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 027

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 822
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.