Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları – FOTOLAR
  • Leyla Əliyeva Yevlaxda Cümə məscidində – Fotolar – Yenilənib
  • Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»“Birbank” inklüziv bankçılıq imkanlarını genişləndirir

“Birbank” inklüziv bankçılıq imkanlarını genişləndirir

İqtisadiyyat Gülnar Əliyeva01.07.2026 - 14:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ölkənin ilk rəqəmsal bankı eşitmə və nitq məhdudiyyətli müştərilər üçün təqdim etdiyi inklüziv xidmət imkanlarını genişləndirir. 

Belə ki, ötən il “Birbank” mobil tətbiqində “İşarət dili ilə videozəng xidməti”nin yaradılmasının ardından artıq bankın seçilmiş filiallarında da İşarət dilində xidmət almaq mümkündür.

Hazırda bu xidmət “Birbank”ın Bakı şəhərində yerləşən Abşeron, Qara Qarayev, Sahil, Binəqədi, Gənclik Mall və Gəncə şəhər filiallarında əlçatandır. Ümumilikdə bankın 20-yə yaxın əməkdaşı İşarət dili üzrə xüsusi təlimlər keçərək müştərilərlə birbaşa və rahat ünsiyyət qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnib.

Qeyd edək ki, “Birbank” ötən il “Əngəlsiz bankçılıq” layihəsi çərçivəsində Azərbaycanın bank sektorunda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün Birbank mobil tətbiqində “İşarət dili ilə videozəng xidməti”ni istifadəyə verib. Layihənin genişləndirilməsi ilə eşitmə və nitq məhdudiyyətli müştərilər artıq həm rəqəmsal kanallar, həm də fiziki xidmət nöqtələri vasitəsilə bank xidmətlərindən rahat şəkildə yararlana bilərlər. Hazırda bankın 3000-ə yaxın eşitmə və nitq məhdudiyyətli müştərisi mövcuddur. “Birbank” bu təşəbbüslə maliyyə xidmətlərini hər kəs üçün daha əlçatan etməyə, bərabər xidmət imkanları yaratmağa və inklüziv bankçılıq təcrübəsinin inkişafına töhfə verməyə davam edir. Gələcəkdə işarət dili ilə xidmət göstərilən filialların sayının daha da artırılması nəzərdə tutulur.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.

“Birbank”ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Bənzər Xəbərlər

02.07.2026 - 10:44Gülnar Əliyeva

Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları – FOTOLAR 

02.07.2026 - 10:38Gülnar Əliyeva

Leyla Əliyeva Yevlaxda Cümə məscidində - Fotolar - Yenilənib

02.07.2026 - 10:25Gülnar Əliyeva

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

02.07.2026 - 10:13Gülnar Əliyeva

Xameneyinin tabutunun İLK GÖRÜNTÜLƏRİ

02.07.2026 - 10:00Gülnar Əliyeva

Ehtiyatda olan mayor faciəvi şəkildə öldü

02.07.2026 - 09:45Gülnar Əliyeva

Dollarla bağlı kritik proqnoz: manat üçün real ssenari açıqlandı

02.07.2026 - 09:00Gülnar Əliyeva

İyulda varlanacaq BÜRCLƏR: ayın 4 əsas şanslısı

01.07.2026 - 23:15Gülnar Əliyeva

Rusiya qarışdı: Ermənilər iki rus məmuru öldürdü

01.07.2026 - 23:13Gülnar Əliyeva

DSX-nin hərbi qulluqçusu çayda boğularaq öldü

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 814

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 230

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 360

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 070
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.