Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şarl Lekler Bakıda coşqu ilə qarşılandı – Video
  • Naomi Kempbell Bakıda – Video
  • SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Gündəm Gülnar Əliyeva21.07.2026 - 00:37
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kiloqramdan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə müvəqqəti yararsız hesab edilirlər”.

Yeniera.az xəbər verir ki, bu barədə Plat.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib:

Qurumun məlumatına görə, Boy və çəki göstəricilərinə görə hərbi xidmətə yararlılıq məsələsi ilə bağlı qaydalar “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 12 və 13-cü maddələrinin I qrafasına əsasən müəyyən edilir:

“6 aydan sonra çağırışçının bədən çəkisinin azalmasına səbəb olan hər hansı xəstəlik aşkarlanmazsa, bədən kütlə indeksində mənfi dinamika müşahidə olunmazsa və fiziki iş qabiliyyəti saxlanılarsa, onun hərbi xidmətə yararlılığı yenidən qiymətləndirilir”,-qurumun rəsmisi əlavə edib.

Qeyd olunub ki, boyu 148–160 sm olan şəxslərdə bədən çəkisi 45 kiloqram və daha çox, boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütlə indeksi 17,5 və daha yüksək olduqda şəhadətləndirilmə “d” bəndi üzrə aparılır. Belə ki, həmin şəxslər “A-3” təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilirlər.

Pərviz Sədrəddinov əlavə edib ki, çağırışçılar əvvəlcə qeydiyyatda olduqları rayon (şəhər) çağırış komissiyası tərəfindən tibbi baxışdan keçirilirlər:

“Ehtiyac yarandıqda onların ixtisaslaşmış tibb müəssisəsində müayinəsi təmin edilir. Müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə yekun qərar isə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin ‘Xəstəliklər cədvəli’nin I qrafasının tələblərinə uyğun qəbul olunur”, – deyə sonda cavabda vurğulanıb.

Bənzər Xəbərlər

24.09.2026 - 11:28Gülnar Əliyeva

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev

24.09.2026 - 11:19Gülnar Əliyeva

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

24.09.2026 - 11:03Gülnar Əliyeva

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

24.09.2026 - 10:38Gülnar Əliyeva

Bütün sosial ödənişlər bu tarixdə ÖDƏNİLƏCƏK

24.09.2026 - 10:25Gülnar Əliyeva

Bu şəxslərin maaş və pensiyaları artırılır - Açıqlama

24.09.2026 - 10:13Gülnar Əliyeva

Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək

24.09.2026 - 10:00Gülnar Əliyeva

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata…

24.09.2026 - 09:40Gülnar Əliyeva

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

23.09.2026 - 22:55Gülnar Əliyeva

Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 088

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 115

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 032

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 825
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.