Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyət səbəbindən 10, 14 və 18 nömrəli marşrutların hərəkəti müvəqqəti olaraq Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil ediləcək.

