Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9055 ▲0.0063
  • 100 RUB 2.0299 ▲0.0023
  • GBP 2.2567 ▲0.0099
  • TRY 0.0344
  • CNY 0.2540 ▲0.0001
  • GEL 0.6548 ▼0.0005
  • 100 KZT 0.3788 ▲0.0026
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

Azərbaycanlı merin qardaşı 7 aylıq həbs edildi

Azərbaycanlı merin qardaşı 7 aylıq həbs edildi

Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi həbs cəzası ilə yekunlaşıb.

Yeniera.az Aktual.ge-yə istinadən xəbər verir ki, iyulun 19-da Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim prokurorluğun vəsatətini təmin edib və Kənan İsmayılov barəsində 7 aylıq həbs cəzası təyin edib.

Məhkəmənin qərarına əsasən, həbs müddəti onun saxlanıldığı gündən hesablanacaq. Bundan əlavə, cinayətdə iştirak edən daha 3 nəfər barəsində 2 il şərti cəza hökmü verilib.

Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O qeyd etmişdi ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.

Paylaş: