Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident təbrik məktubu göndərdi
  • Rusiya Ermənistandakı səfirini GERİ ÇAĞIRDI
  • Siyəzəndə körpü uçdu: Kəndlə əlaqə kəsildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama

Cəmiyyət Ariz Əhədov28.05.2026 - 23:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. Məsələn, bir vətəndaş bildirir ki, anası 40 il müəllim işləyib və hazırda 64 yaşı var. Onun pensiya hesabında kifayət qədər vəsait toplansa da, ailə həmin vəsaitdən istifadə edə bilmir. Vətəndaş qeyd edir ki, anası ağır xəstədir və müalicəsi üçün ciddi maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən o, pensiya fonduna yığılan məbləğin müalicə məqsədilə geri qaytarılmasını təklif edir. Bundan əlavə, insanlar hesab edir ki, şəxs vəfat etdikdən sonra həmin vəsaitin ailəsinə verilməməsi narazılıq yaradır.

Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş niyə öz pensiya kapitalından istifadə edə bilmir?

Yeniera.az xəbər verir ki, açıqlama verən iqtisadçı, deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir:

“Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30 faizinin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub”.

Deputat qeyd edib ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və pensiya kapitalından istifadə mexanizminin hazırlanması məqsədəuyğun olardı:

“Nəticə etibarilə, belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək. Bu baxımdan, təbii ki, maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə addımların atılması məqsədəuyğundur”.

Deputat sonda əlavə edib ki, ölkədə pensiya islahatlarının davam etdirildiyini nəzərə alsaq, dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə ilə bağlı yeni mexanizmlərin hazırlanması və tətbiqini müşahidə edə bilərik./globalinfo.az

Bənzər Xəbərlər

30.05.2026 - 09:40Ariz Əhədov

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ 

30.05.2026 - 00:04Ariz Əhədov

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Bu gecə gözlənilir

29.05.2026 - 23:48Ariz Əhədov

Alidə Hüseynova VƏFAT ETDİ - FOTO

29.05.2026 - 23:35Ariz Əhədov

Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?

29.05.2026 - 21:07Ariz Əhədov

Bünyad Qasımovun səhhətində problem yarandı - Təcili xaricə aparıldı 

29.05.2026 - 15:32Ariz Əhədov

DƏHŞƏTLİ avtobus qəzası - Yaralılar var

29.05.2026 - 15:30Ariz Əhədov

Bakıya güclü yağış yağacaq

29.05.2026 - 15:00Ariz Əhədov

Gəncədə PARTLAYIŞ - 1 nəfər...

29.05.2026 - 14:00Ariz Əhədov

Putindən Paşinyana  qarşı ŞOK TƏLƏ: 100 minlik PLANDA KİMLƏR VAR?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 625

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 257

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 033

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 254
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.