Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Milli Məclis 5 sənədi ratifikasiya edəcək
  • Şıxlinski və oğluna növbəti – Hökm oxundu
  • Elnur Hidayətoğluya yüksək vəzifə verildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir

Gündəm Ariz Əhədov13.02.2026 - 12:43
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.

Trend-in məlumatına görə, bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:

* xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;
* xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;
* xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;
* hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:

* 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;
* xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
* xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;
* hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.

Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.

Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:

* öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır); ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər;
* 75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;
* müharibə əlillərinə və iştirakçılarına:
– I qrup əlillərə yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,
– II qrup əlillərə yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,
– III qrup əlillərə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü eyni vaxtda hesablana bilər)
döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.

Bənzər Xəbərlər

13.04.2026 - 16:05Ariz Əhədov

Milli Məclis 5 sənədi ratifikasiya edəcək

13.04.2026 - 15:38Ariz Əhədov

Şıxlinski və oğluna növbəti - Hökm oxundu

13.04.2026 - 15:28Ariz Əhədov

Elnur Hidayətoğluya yüksək vəzifə verildi

13.04.2026 - 15:10Ariz Əhədov

DSX Akademiyasının kursantı vəfat etdi - Fotolar

13.04.2026 - 14:25Ariz Əhədov

Cəmi 2 il öncə müxalifətə keçmişdi... - Yeni Baş nazir olacaq

13.04.2026 - 14:12Ariz Əhədov

Daha 1009 nəfər peşə kurslarına cəlb edilib

13.04.2026 - 14:00Ariz Əhədov

12 yaşlı oğlan qəfil öldü

13.04.2026 - 13:33Ariz Əhədov

Sabah arabir yağış yağacaq

13.04.2026 - 13:20Ariz Əhədov

ASAN könüllülərinin “Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 972

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 860

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 840

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 025
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.