Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı – Yeni təyinatlar
  • ŞOK İDDİA: “Universal Hospital”da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar
  • Rayon camaatına cərimə şoku – Bu da qadağandır?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Dünya çempionu niyə azadlıqda qaldı? – “1 manat da ödəmədi…”

Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”

Hadisə Gülnar Əliyeva17.08.2026 - 15:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dələduzluq əməlində təqsirli bilinən kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə zərərçəkmiş şəxs ona şərti cəza verilməsindən narazıdır.

“Qafqazinfo”ya müraciət edən zərərçəkmiş A.Ağayev E.Mirzəyevin cinayət törətməsinin sübuta yetirilməsinə baxmayaraq, onun həbs edilməməsinin və vurulmuş zərərin ödənilməməsinin ədalətsiz olduğunu deyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın verdiyi hökmdən narazılıq ifadə edən şikayətçi E.Mirzəyevin vurduğu zərərə baxmayaraq, azadlıqda qalmasının anlaşılmaz olduğunu bildirib.

Məlumata görə, tanınmış idmançı Elman Mirzəyev avtosalonda maşın alqı-satqısı ilə məşğul olub. İttihamda bildirilib ki, o, A.Ağayev və M.Əliyevə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəyi ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçirib. E.Mirzəyev daha əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb. Bakı Ağır Cinatyətlər Məhkəməsi isə ona şərti cəza təyin edib.

A.Ağayev bildirib ki, məhkəmə E.Mirzəyevə şərti cəza verərkən ona vurulmuş zərərin ödənilməməsini nəzərə almayıb: “Qəribədir ki, zərərçəkmiş şəxs bizə vurulmuş ziyandan bir manat belə ödənilmədən belə bir hökm çıxarıldı. Belə ki, mənim adıma olan nəqliyyat vasitəsi ölkədə olmadığım vaxt, heç bir etibarnamə olmadan Elman Mirzəyev tərəfindən qanunsuz olaraq satılıb və dövlət qurumunun əməkdaşı ilə birgə saxta yolla özgəninkiləşdirilib. M.Əliyev isə 75 min dollar ödəməsinə baxmayaraq, ona vəd edilən avtomobil təhvil verilməyib. Bütün bunlarla bağlı yetərli qədər sübutlar mövcuddur və hamısını təqdim etmişik. Düşünürük ki, qarşı tərəfin hansısa qanunsuz addımları nəticəsində bu hökm verildi. Əgər ona şərti cəza verilirdisə, bizə külli miqdarda zərər vurmuş Elman Mirzəyevin əmlakları ilə bağlı mülki iddiamız təmin edilməli, bizə dəymiş zərərin ödənilməsi istiqamətində addımlar atılmalı idi. Lakin məhkəmə əmlaklarla bağlı mülki iddiamızı baxılmamış saxladı”.

Fotoda: Elman Mirzəyev

Vətəndaş bildirib ki, məsələ ilə bağlı apellyasiya şikayəti veriblər: “Biz apellyasiyaya müraciət etdik ki, bu hökmü ləğv etsinlər. Çünki mən ölkədə olmadığım bir zamanda E.Mirzəyev mənə məxsus avtomobili qeyri-qanuni yolla sataraq pulunu ələ keçirib. Halbuki maşın mənim adıma olub, ona heç bir etibarnamə də verməmişəm. Buna dair kifayət qədər sübutlar var, bütün yazışmaları, səs yazılarını və sair birinci instansiya məhkəməsində də təqdim etmişdim. Həmin yazışmalarda Elman Mirzəyev törətdiyi əməli özü də etiraf edir. Hətta avtomobilin satışını sənədləşdirən qurumun əməkdaşı da məhkəməyə gələrək etiraf edib. Biz inanırıq ki, apellyasiya instansiyasında məsələyə obyektiv baxılacaq və ədalətli qərar çıxarılacaq. Ən azından bizə vurulmuş maddi zərərin ödənilməsi istiqamətində müvafiq qərar veriləcək”.

Bakı Ağır Cinayətlər Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, məhkəmə tərəfindən qeyd olunan cinayət işi üzrə hökm iş materiallarında olan sübutların məcmusu və qüvvədə olan qanunvericiliyin tələbləri əsasında qəbul edilib: “Hökmdən təqsirləndirilən şəxslər və zərərçəkən apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktına qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəməsində baxılaraq hüquqi qiymət veriləcək”.

Əldə etdiyimiz məlumata görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi avqustun 19-da hakim İbrahim İbrahimlinin sədrliyi ilə başlayacaq.

Bənzər Xəbərlər

17.08.2026 - 17:08Gülnar Əliyeva

TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar

17.08.2026 - 16:55Gülnar Əliyeva

Rayon camaatına cərimə şoku – Bu da qadağandır?

17.08.2026 - 16:43Gülnar Əliyeva

Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Sakinlər qorxu içindədir - VİDEO

17.08.2026 - 16:30Gülnar Əliyeva

Bərzaninin ofisi vuruldu

17.08.2026 - 16:18Gülnar Əliyeva

Əhalinin sayı açıqlandı

17.08.2026 - 16:05Gülnar Əliyeva

Bakıda vəzifəli şəxs həbs edildi

17.08.2026 - 15:50Gülnar Əliyeva

Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb

17.08.2026 - 15:25Gülnar Əliyeva

KMBİ dövlət qulluqçularının adından dələduzluq edənlərin əlaqələrini ifşa etdi - Video

17.08.2026 - 15:13Gülnar Əliyeva

İlham Əliyev Fərman İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 791

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 917

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 881

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 715
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.