Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Dünya

Əfqanıstan ABŞ-nin “Baqram” bazasına qayıtmasını istəmir

Əfqanıstan ABŞ-nin “Baqram” bazasına qayıtmasını istəmir

Kabil ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı “Baqram” hərbi aviabazasını onun nəzarətinə qaytarmaq niyyətini rədd edir.

Yeniera.az-ın “Al Jazeera”yə istinadən verdiyi məlumata görə, bu barədə Taliban XİN-in nümayəndəsi Zakir Cəlal sosial şəbəkələrdə yazıb.

O, həmçinin vurğulayıb ki, Kabil Vaşinqtonla dialoqa hazırdır, lakin Əfqanıstanda ABŞ-nin hərbi iştirakının bərpasına icazə verməyəcək.

“İki ölkə Birləşmiş Ştatların Əfqanıstanda hər hansı bir hərbi iştirakını saxlamadan bir-biri ilə qarşılıqlı əlaqədə olmalıdır”, – o qeyd edib.

Z.Cəlal əlavə edib ki, Kabil “qarşılıqlı hörmət və ümumi maraqlar” əsasında Vaşinqtonla siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də bəyan edib ki, administrasiyası “Baqram” bazasının ABŞ nəzarətinə qaytarılmasında israr edir. ABŞ Prezidenti qeyd edib ki, bazanın mövqeyi Çinə yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyır.

Paylaş: