Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9097 ▲0.0074
  • 100 RUB 2.0796 ▼0.0147
  • GBP 2.2881 ▲0.0087
  • TRY 0.0340
  • CNY 0.2543 ▼0.0005
  • GEL 0.6548 ▼0.0004
  • 100 KZT 0.3759 ▲0.0008
  • UAH 0.0373 ▲0.0001
  • AED 0.4628
Hadisə

Əli Kərimlini 20 il həbs, yoxsa ömürlük cəza gözləyir? – AÇIQLAMA

Əli Kərimlini 20 il həbs, yoxsa ömürlük cəza gözləyir? – AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham olunur. Həmin maddənin sanksiyasında hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanılmasına, eləcə də dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bəs məhkəmə prosesinin nəticəsindən asılı olaraq Əli Kərimlini hansı cəza gözləyə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov bildirib ki, 278.1-ci maddənin tətbiqi üçün şəxsin yalnız müəyyən fikirlər səsləndirməsi və ya çağırışlar etməsi kifayət deyil. İttihamın əsaslı hesab olunması üçün hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn konkret hərəkətlər sübuta yetirilməlidir.

Onun sözlərinə görə, siyasi çıxışlar, sosial şəbəkələrdə səsləndirilən fikirlər və mitinq çağırışları ilə dövlət hakimiyyətini zorla dəyişdirməyə yönələn real fəaliyyətlər arasında ciddi hüquqi fərq var.

Hüquqşünas qeyd edib ki, konkret hərəkətlər dedikdə müəyyən qruplaşmaların yaradılması, bu istiqamətdə hazırlıqların aparılması, müvafiq resursların və vasitələrin səfərbər edilməsi, eləcə də hakimiyyətin zorla ələ keçirilməsinə yönələn digər addımlar nəzərdə tutula bilər.

Tağı Hüseynovun fikrincə, belə hərəkətlərin və onları təsdiqləyən sübutların mövcudluğu məsələnin hüquqi qiymətləndirilməsində həlledici əhəmiyyət daşıyır.

O, bildirib ki, istintaqın gedişi və toplanmış sübutlar barədə tam məlumat olmadığı üçün Əli Kərimlinin əməlində ittihamın bütün elementlərinin olub-olmadığını indidən qiymətləndirmək mümkün deyil. Hüquqşünas hazırda ictimaiyyətə məlum olan məlumatları nəzərə alaraq ona ömürlük azadlıqdan məhrumetmə cəzası veriləcəyini real hesab etmədiyini, lakin 12 ildən 20 ilədək həbs cəzası məsələsinin gündəmə gələ biləcəyini düşünür.

Qeyd edək ki, Əli Kərimlinin təqsirliliyi yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər. Məhkəmə qərar qəbul edərkən ittihamın sübuta yetirilməsini, əməlin xarakterini, təqsirin formasını, şəxsin rolunu və digər qanuni halları qiymətləndirməlidir.

Paylaş: