Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Astoria Travel”dən vətəndaşa qarşı şok əməl – Pulu batdı, səfərə gedə bilmədi – FOTO
  • Elnur Hidayətoğlu TƏBİB-dən getdi
  • Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Elnur Hidayətoğlu TƏBİB-dən getdi

Elnur Hidayətoğlu TƏBİB-dən getdi

Gündəm Gülnar Əliyeva01.07.2026 - 16:51
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri, tanınmış jurnalist Elnur Hidayətoğlu vəzifəsindən istefa verib.

Yeniera.az xəbər verir ki, bu barədə o, özü paylaşım edib.

“Hörmətli media nümayəndələri, əziz dostlar!

Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram.

5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı.

Bu müddətdə heç vaxt unutmadığım bir məqamı xüsusi vurğulamaq istərdim. Harada olmağımdan asılı olmayaraq, hər zaman media ilə yaxşı münasibət qurmağa, onlar üçün əlçatan mətbuat xidməti olmağa və PR sahəsində fərqlənməyə çalışdım. Təkcə TƏBİB-də son 3 ilə yaxın müddətdə çoxsaylı PR layihələrinin ideya müəllifi və rəhbəri oldum. Komandamızla elə layihələr hazırladıq ki, sosial şəbəkələrdə, televiziya və onlayn mediada dəfələrlə gündəmə çevrildi, sevildi və alqışlandı!

Bu işin ən önəmli tərəfi, sözsüz ki, media ilə münasibətlərdir. Bu baxımdan inanmaq istərdim ki, media nümayəndələri də məndən razı qaldılar. Çünki heç vaxt özümü onlardan fərqli hesab etmədim, münasibətim heç bir vəzifədə, heç bir mərhələdə dəyişmədi.
Açığı, qarşılığında onlar da mənə hər zaman hörmətlə yanaşdılar, əməkdaşlığımıza dəyər verdilər. Bəzən elə məqamlar oldu ki, güzəşt etdilər, səbirsiz davranmadılar, müəyyən məqamları anlayışla qarşıladılar. Buna görə hər birinə təşəkkür edirəm!

İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər!

Sağlıqla qalın!”, – deyə o qeyd edib.

Bənzər Xəbərlər

01.07.2026 - 16:56Gülnar Əliyeva

“Astoria Travel”dən vətəndaşa qarşı şok əməl - Pulu batdı, səfərə gedə bilmədi - FOTO

01.07.2026 - 16:37Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ

01.07.2026 - 13:05Gülnar Əliyeva

Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir?

01.07.2026 - 12:50Gülnar Əliyeva

Xarici universitetlərdən yerdəyişmə etmək istəyən tələbələrin NƏZƏRİNƏ

01.07.2026 - 12:38Gülnar Əliyeva

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

01.07.2026 - 12:13Gülnar Əliyeva

Hərbi xidmətə çağırış başladı

01.07.2026 - 12:00Gülnar Əliyeva

Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər

01.07.2026 - 11:47Gülnar Əliyeva

Nazir Anar Seyidməmmədovla bağlı əmr imzaladı

01.07.2026 - 11:33Gülnar Əliyeva

Elgiz Əkbərə ağır itki

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 806

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 217

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 359

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 067
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.