Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Moskvaya rekord sayda dronla hücum – Video
  • Ərdoğanla Tramp telefonla danışdı
  • 2 metrlik köpəkbalığı ayağını dişlədi – Dəhşət anları belə görüntüləndi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ – Deputat AÇIQLADI

Əmək pensiyalarında və bu müavinətlərdə ARTIM OLACAQ - Deputat AÇIQLADI 

İqtisadiyyat Gülnar Əliyeva06.08.2026 - 19:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin artması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən aktuallaşdırıb. Sosial sahəyə ayrılan vəsaitin artırılması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin davamı kimi qiymətləndirilsə də, ilin ikinci yarısında əlavə artımların olub-olmayacağı maraq doğurur. Bəs, mövcud iqtisadi şərait maaş, pensiya və sosial ödənişlərin yenidən artırılmasına imkan verirmi və bu istiqamətdə hansı amillər həlledici rol oynayır?

Yeniera.az xəbər verir ki,məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir sıra sosial ödənişlərdə artımlar qanunvericiliklə tənzimlənir.

“Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu artım 2026-cı ilin yanvar ayında həyata keçirildi. Eyni qaydada, 2027-ci ilin yanvar ayında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artımlar tətbiq olunacaq. Əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiya məbləği isə hər altı ildən bir onların topladığı pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, əmək fəaliyyətini davam etdirən 1300 pensiyaçının pensiya məbləğində artım həyata keçirilib. Onların altı il ərzində formalaşmış pensiya kapitalının 90 faizi 72 aya bölünərək aylıq pensiya məbləğinə əlavə olunub və nəticədə pensiyaları artırılıb”.

.Deputat qeyd edib ki, təkliflərdən biri də yaşa görə sosial müavinətin artırılması ilə bağlıdır:

“Hazırda yaşa görə müavinətin məbləği 220 manatdır. Hesab edirik ki, bu məbləğə yenidən baxılması və artırılması məqsədəuyğundur. Çünki yaşa görə müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara ödənilir və yaş artdıqca onların gündəlik xərcləri də artır. Bu baxımdan müavinətin artırılması həmin şəxslərin sosial təminatının daha da gücləndirilməsinə töhfə verə bilər. Eyni zamanda, əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün də qanunvericilikdə nəzərdə tutulmuş qaydada artımlar davam edəcək. Belə ki, 2026-cı ilin sonrakı aylarında pensiya hüququ qazanmalarından altı il tamam olan şəxslərin pensiyaları da topladıqları pensiya kapitalı əsasında yenidən hesablanacaq və artırılacaq. Digər istiqamətlər üzrə də sosial ödənişlərin artırılması ilə bağlı təkliflərimizi aidiyyəti qurumlara mütəmadi olaraq təqdim edirik”.

Bənzər Xəbərlər

18.08.2026 - 10:38Gülnar Əliyeva

Ərdoğanla Tramp telefonla danışdı

18.08.2026 - 10:13Gülnar Əliyeva

Ədalət İsmayılov vəfat etdi - FOTO

18.08.2026 - 10:00Gülnar Əliyeva

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

18.08.2026 - 09:30Gülnar Əliyeva

Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı

18.08.2026 - 09:00Gülnar Əliyeva

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

18.08.2026 - 00:15Gülnar Əliyeva

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

17.08.2026 - 23:55Gülnar Əliyeva

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

17.08.2026 - 23:40Gülnar Əliyeva

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

17.08.2026 - 23:10Gülnar Əliyeva

Fitnes məşqçisi Sara Əliyeva mükafata layiq görülüb

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 810

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 929

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 888

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 720
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.