Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İstanbulda ağır qəza – 30 yaralı
  • DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb
  • Sabah rekord İSTİ OLACAQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Ən pulgir 5 bürc

Ən pulgir 5 bürc

Maraqlı Gülnar Əliyeva20.07.2026 - 19:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bəzi insanlar pulu qazanmaq və onu düzgün idarə etmək bacarığı ilə seçilir. Astrologiyaya görə, bürclərin xarakter xüsusiyyətləri də maliyyə məsələlərinə yanaşmaya təsir edir. Əlbəttə, insanın uğuru yalnız doğulduğu bürcdən asılı deyil. Lakin astroloqlar hesab edirlər ki, bəzi bürclər qazanc əldə etmək, fürsətləri dəyərləndirmək və maliyyə sabitliyi yaratmaq baxımından digərlərindən daha üstün hesab olunur.

Yeniera.az xarici mediaya istinadən ən pulgir hesab edilən 5 bürcü təqdim edir:

Oğlaq

Oğlaqlar zəhmətkeş, məsuliyyətli və məqsədyönlü insanlardır. Onlar böyük uğurların yalnız səbir və davamlı əmək nəticəsində əldə olunduğunu yaxşı bilirlər. Maliyyə məsələlərində riskə çox getmirlər, uzunmüddətli planlar quraraq sabit gəlir əldə etməyə çalışırlar. Məhz bu xüsusiyyətləri onları ən uğurlu qazanc sahiblərindən birinə çevirir. Oğlaqlar qazandıqları pulu artırmağı bacardıqları üçün astrologiyada ən pulgir bürclərdən biri sayılırlar.

Bunu da oxu
Bu 3 bürc qısa zamanda hədəfinə çatacaq
Tək getdi, minlərlə insan qarşıladı: Rəvan adlı gənc ataya sosial şəbəkə dəstəyi
90-cı illərin məşhur müğənnisinin son görüntüsü diqqət çəkdi – FOTO
Buğa

Buğa bürcü rahat və firavan həyat yaşamağı sevir. Buna görə də daim daha çox qazanmağın yollarını axtarır. Pul xərcləməyi sevsə də, eyni zamanda onu necə qorumağı və artırmağı da yaxşı bacarır. Daşınmaz əmlak və uzunmüddətli investisiyalar Buğaların maraq göstərdiyi sahələrdəndir. Pul qazanmaq həvəsi və maliyyə sabitliyinə verdiyi önəm Buğanı ən pulgir bürclər sırasına daxil edir.

Əqrəb

Əqrəblər güclü intuisiya və strateji düşüncə qabiliyyətinə malikdirlər. Onlar başqalarının görə bilmədiyi fürsətləri vaxtında hiss edə bilir. Riskli görünən qərarları belə düzgün analiz etdikləri üçün maliyyə sahəsində uğur qazanmaq ehtimalları yüksək olur. Düzgün vaxtda doğru qərarlar vermələri Əqrəblərin böyük qazanc əldə etməsinə imkan yaradır və onları pulgir bürclərdən birinə çevirir.

Qız

Qız bürcü planlı, dəqiq və intizamlı xarakteri ilə seçilir. Onlar gəlir və xərclərini diqqətlə idarə edir, hər addımı hesablayırlar. Lazımsız xərclərdən qaçmaları və maliyyə intizamına riayət etmələri uzun müddətdə onlara ciddi qazanc əldə etməyə kömək edir. Qızlar pullarını ağılla idarə etdikləri və yığımlarını artırdıqları üçün ən pulgir bürclər arasında göstərilirlər.

Şir

Şirlər liderlik xüsusiyyətləri və özünəinamı sayəsində gəlir gətirən imkanları asanlıqla dəyərləndirirlər. Onlar böyük düşünməyi sevir və risk etməkdən çəkinmirlər. Sahibkarlıq, idarəçilik və yaradıcı sahələrdə əldə etdikləri uğurlar sayəsində yüksək gəlir qazanmaq potensialına malik olurlar. Böyük qazanc gətirən layihələrə cəsarətlə qoşulduqları üçün Şirlər də astrologiyada ən pulgir bürclərdən biri hesab edilir. Metbuat.az

Bənzər Xəbərlər

25.07.2026 - 13:15Gülnar Əliyeva

İstanbulda ağır qəza - 30 yaralı

25.07.2026 - 12:50Gülnar Əliyeva

DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb

25.07.2026 - 12:30Gülnar Əliyeva

Sabah rekord İSTİ OLACAQ

25.07.2026 - 12:05Gülnar Əliyeva

İyulun sonu bu bürclər üçün sürprizlərlə gəlir – Görün nələr olacaq…

25.07.2026 - 11:50Gülnar Əliyeva

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

25.07.2026 - 11:20Gülnar Əliyeva

Rusiyada yaşayanlara XƏBƏRDARLIQ: Pul köçürmələri DAYANDIRILDI

25.07.2026 - 10:00Gülnar Əliyeva

İran ABŞ-a qarşı yeni planı İŞƏ SALDI – İki ölkəyə hücumun PƏRDƏARXASI

25.07.2026 - 09:31Gülnar Əliyeva

Tam hazırıq: dəhşətli savaş olacaq! – Zeynivənd

25.07.2026 - 09:27Gülnar Əliyeva

Polkovnik-leytenant vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 531

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 545

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 427
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.