Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Dünya

Ərdoğan müxalifətə xəbərdarlıq etdi

Ərdoğan müxalifətə xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib.

Yeniera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib:

“Biz heç vaxt küçələrimizdə iğtişaşlara və ya millətimizin əmin-amanlığının pozulmasına icazə verməyəcəyik, xüsusən də İstanbuldakı bacı-qardaşlarımın. Ana müxalifətin köhnə və yeni üzvləri arasında şiddətli hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verməyəcəyik”.

Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsi rəhbərliyinin, o cümlədən sədr Özgür Çelikin vəzifəsindən uzaqlaşdırılması və nəzarətin Gürsel Tekinin rəhbərlik etdiyi müvəqqəti şuraya verilməsindən sonra İstanbulda etiraz aksiyası keçirilib.

Bundan əvvəl 2023-cü ildə qurultay və səsvermə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılıb.

Paylaş: