Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı
  • Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır – FOTO
  • İlham Əliyev Qazaxıstandadır – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Cəmiyyət Ariz Əhədov15.05.2026 - 00:03
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək.

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov yeniliklərin əsas fərqinin zərərlilik dərəcəsinin hesablanma mexanizmində olduğunu bildirib.

Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi:

“Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb”.

Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər:

“Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq”.

E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır:

“Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq”.

Bənzər Xəbərlər

15.05.2026 - 12:53Ariz Əhədov

13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı

15.05.2026 - 12:41Ariz Əhədov

Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır - FOTO

15.05.2026 - 11:56Ariz Əhədov

İtkin şəhidimizlə vida mərasimi keçirildi - Fotolar

15.05.2026 - 11:30Ariz Əhədov

Kiyevə dünənki hücumda ölənlərin sayı artdı

15.05.2026 - 11:18Ariz Əhədov

Putin də Çinə gedir

15.05.2026 - 11:04Ariz Əhədov

Milyarderi şantaj edib - 1,2 milyard dollar istədi

15.05.2026 - 10:50Ariz Əhədov

Bazar günündən metro yeni qrafikdə işləyəcək

15.05.2026 - 10:38Ariz Əhədov

Naxçıvanla bağlı ŞOK: Talıbovdan sonra nə baş verib?

15.05.2026 - 10:25Ariz Əhədov

Ofisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 462

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 160

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 989

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 211
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.