Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı
  • Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır – FOTO
  • İlham Əliyev Qazaxıstandadır – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Ofisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATI

Ofisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATI

Hadisə Ariz Əhədov15.05.2026 - 10:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2024-cü il dekabrın 17-də 15-ci PB-nə gələn İgid Rəcəbzadə (1995-ci il təv.) inzibati ərazidə adam öldürməsi haqda məlumat verib.

Yeniera.az xəbər verir ki, “Baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə Zabrat qəsəbəsində, yolun kənarında baş verib. Otluq və daş parçalarının olduğu sahədə Elnarə İbrahimovanın (1991-ci il təv.) meyiti, yanına, üzərində qan ləkələri olan və təxminən çəkisi 20 kq olan daş parçası aşkar edilib. baş nahiyəsində qana bənzər kütlənin olması müşahidə olunub.

Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elnarə İbrahimovanın ölümünə — sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar beyinə qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, dekabrın 17-də İgid Rəcəbzadə ilə Elnarə İbrahimovanın arasında Maştağa-Zabrat yolunda olan körpünün yaxınlığında mübahisə yaranıb. Ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşən İgid qadını yerə yıxıb, onu yumruqla vurmağa başlayıb. Müqavimət göstərən Elnarə İbrahimovanın baş nahiyyəsinə yerdən götürdüyü daş parçası ilə zərbələr endirib. Bu hərəkəti ilə İgid Rəcəbzadə zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş İgid Rəcəbzadə bildirib ki, Bilgəh qəsəbəsində kirayədə yaşayıb. Subaydır, günəmuzd fəhlə işləyib. Elnarə İbrahimova Zabrat qəsəbəsində yerləşən kafedə ofisiant işləyib. Onunla orda 1 il əvvəl tanış olub. Elnarə ona maddi dəstək olmağını xahiş edib, ona gündəlik olaraq 30-50 manat arası pul verib, bir neçə dəfə şəhərin müxtəlif otellərdə cinsi əlaqədə olublar. Narkotik vasitələrdən istifadə edib. Hadisə dekabrın 17-də Maştağa-Zabrat yolunun kənarında baş verib.

Həmin vaxt içkili və narkotik vasitənin təsiri altında olub. Söyüş söydüyünə görə Elnarəni əli ilə vuraraq yerə yıxıb. Bu zaman Elnarəyə bacısı Gülnar zəng edib. Hava şəraiti ilə əlaqədar nə danışdıqlarını tam eşidə bilməyib. Gülnar bacısı ilə sevgili olduqlarını bilib. Təxminən 20 kiloqramlıq daş parçasını qaldırıb qadının başına çırpıb. Onun hər hansı hərəkət etmədiyini görüb, qorxub. Üzü Maştağa qəsəbəsi istiqamətində gedib. Amma sonra Elnarənin yaşaya biləcəyini düşünüb yenidən hadisə yerinə qayıtıb. Amma qadının nəfəs almadığını görüb. Buna görə bölməyə gedib, adam öldürdyünü bildirib.

Məhkəmə iclasında İgid Rəcəbzadə bildirib ki, dekanrın 17-də Elnarə İbrahimova ilə telefonla danışarkən birlikdə Maştağada yerləşən ticarət mərkəzinə gedib, onun üçün paltar almaq qərarına gəliblər. Ora getsələr də, qadın özünə heç nə almayıb. Ordan çıxıb, taksi ilə bir az getdikdən sonra Elnarə sürücüyə maşını saxlamasını deyib və düşərək hadisə baş verən əraziyə gəliblər. Orda qadın qışqırmağa və onu söyməyə başlayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fərəbani İbrahimova ifadəsində göstərib ki, hadisənin şahidi olmayıb. Baş verənləri ona digər qızı Gülnar danışıb. Belə ki, Elnarə telefonda Gülnara İgid adlı şəxsin onu öldürmək istədiyini deyib. Buna görə Gülnar 102 mərkəzinə zəng edib, məlumat verib. Elnarənin İgidlə münasibəti olması barədə xəbəri olmayıb. Mərhumun övladlarından biri kollecə qəbul olduğundan, təhsil haqqının ödənilməsindən ötrü qızı Bakıya, işləməyə gedib. Hərdən bir Lənkərana gələrək, onlara baş çəkib. Təqsirləndiriən şəxsə ağır cəza verilməsini xahiş edib.

İstintaq zamanı şahid qismində dindirilmiş Nizami Abbasovun ifadəsi elan olunub. Yazılanlara əsasən, Zabrat qəsəbəsində kafedə işləyib. Elnarə İbrahimova ilə 2024-cü ilin yay aylarında tanış olub. Elnarənin uşaqları keçmiş əri ilə Lənkəranda, özü isə bacısı ilə birlikdə Bakıda, Balaxanı qəsəbəsində yaşayıb. Onunla sevgili olduqları müddətdə bacısı Gülnar yaşayan ərazidə onun üçün kirayə ev tutub. İgid Rəcəbzadəni həmin kafeyə gəlib-gedən müştəri kimi tanıyıb.

Elnarəni axırıncı dəfə dekabrın 17-də görüb. Gün ərzində aralarında 1-2 dəfə telefon danışığı olub. Elnarə hər hansı problemi olmadığını deyib. Saat 17 radələrində Gülnar ona zəng edərək, basısının İgidin avtomobilinə əyləşərək üzü Zabrat dairəsi istiqamətində getdiyini söyləyib. Həmin gün PPX əməkdaşlarından İgidin Elnarəni öldürdüyünü öyrənib.

Prokuror təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.

Məhkəmə qənaətə gəlib ki, İgid Rəcəbzadənin əməli istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli CÇM-də çəkməklə İgid Rəcəbzadə

17 il müddətinə azadlıqdan məhrum olunub. News24.az

Ofisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATIOfisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATIOfisinat işləyən qadını amansızcasına QƏTLƏ YETİRDİ: Zabratdakı hadisənin TƏFƏRRÜATI

Bənzər Xəbərlər

15.05.2026 - 12:53Ariz Əhədov

13 ildir bloklanmış bitkoin hesabını süni intellektlə açdı

15.05.2026 - 12:41Ariz Əhədov

Dünya şöhrətli reper Kanye Uest Avropa turuna İstanbuldan başlayır - FOTO

15.05.2026 - 11:56Ariz Əhədov

İtkin şəhidimizlə vida mərasimi keçirildi - Fotolar

15.05.2026 - 11:30Ariz Əhədov

Kiyevə dünənki hücumda ölənlərin sayı artdı

15.05.2026 - 11:18Ariz Əhədov

Putin də Çinə gedir

15.05.2026 - 11:04Ariz Əhədov

Milyarderi şantaj edib - 1,2 milyard dollar istədi

15.05.2026 - 10:50Ariz Əhədov

Bazar günündən metro yeni qrafikdə işləyəcək

15.05.2026 - 10:38Ariz Əhədov

Naxçıvanla bağlı ŞOK: Talıbovdan sonra nə baş verib?

15.05.2026 - 10:12Ariz Əhədov

Nazir onu rəis müavini təyin etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 462

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 160

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 989

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 211
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.