Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda ağır qəza – Ölən var
  • Ukraynaya əsgər göndərə bilərlər
  • “Sabah”ın matçına gedənlərin nəzərinə! – Nəqliyyat ayrıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar”

“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar”

Cəmiyyət Gülnar Əliyeva08.07.2026 - 15:06
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2019-cu ildə “Eurohome” ticarət mərkəzində baş vermiş və yüzlərlə sahibkara milyonlarla manat ziyan vuran yanğının üzərindən illər keçsə də, həmin hadisənin izləri bəzi sahibkarların həyatında bu gün də silinməyib.

Yeniera.az tiraj.az-a istinadən xəbər verir ki, onlardan biri də Yeni Azərbaycan Partiyasının üzvü, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Rafiq Ocaqverdiyevdir.

O, Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı müraciətlərdə iddia edir ki, 2019-cu ildə baş vermiş yanğından sonra ona 200 min manatdan artıq ziyan dəyib, lakin illər keçməsinə baxmayaraq həmin zərər ödənilməyib.

Rafiq Ocaqverdiyevin sözlərinə görə, yanğından sonra “Eurohome” bazarının sahibi Azay Möhnətov zərərçəkmiş sahibkarlara kompensasiya veriləcəyini dəfələrlə vəd edib. Lakin onun iddiasına əsasən, bu vədlər bu günədək yerinə yetirilməyib.

Şikayətçi bildirir ki, illərlə gözlədiyi kompensasiyanı ala bilmədiyi üçün ağır maliyyə böhranı ilə üzləşib. Onun sözlərinə görə, ailəsini dolandırmaq və yaranmış borcları ödəmək məqsədilə banklardan kredit götürməyə məcbur qalıb. Nəticədə kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün yeganə yaşayış yeri girov qoyulub və bank tərəfindən məhkəməyə verilib.

Rafiq Ocaqverdiyev iddia edir ki, artıq bütün məhkəmə instansiyaları başa çatıb və Ali Məhkəmə də bankın xeyrinə qərar qəbul edib. O bildirir ki, hazırda ailəsi ilə birlikdə yaşadığı evi itirmək təhlükəsi ilə üz-üzədir.

“Əgər mənə dəymiş zərər vaxtında ödənilsəydi, nə banklara borcum qalardı, nə də bu gün evimi itirmək təhlükəsi yaşayardım”, – deyə o müraciətlərində qeyd edir.

Rafiq Ocaqverdiyev bununla kifayətlənməyərək daha ciddi iddialar da səsləndirir.

Onun sözlərinə görə, məsələni ictimailəşdirdikdən və aidiyyəti dövlət qurumlarına müraciətlər etdikdən sonra müxtəlif təzyiqlərlə üzləşib. O iddia edir ki, hüquq-mühafizə orqanlarına onun barəsində əsassız müraciətlər olunub və bunun məqsədi onu susdurmaq olub.

Şikayətçi hesab edir ki, dövlət orqanlarından şəxsi maraqlar naminə istifadə edilməsinə cəhd göstərilib. Məhz bu səbəbdən o, artıq təkcə Prezident Administrasiyasına deyil, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə də rəsmi müraciətlər ünvanlayıb.

Rafiq Ocaqverdiyev müraciətlərində yaşadığı psixoloji vəziyyətin son dərəcə ağır olduğunu da qeyd edir.

Onun sözlərinə görə, illərlə davam edən qeyri-müəyyənlik, borclar, məhkəmə çəkişmələri, evini itirmək təhlükəsi və kompensasiyanın ödənilməməsi onu dərin ümidsizliyə sürükləyib.

Şikayətçi bildirir ki, yaşadığı hadisələr nəticəsində ürək xəstəliyinə tutulub və mənəvi cəhətdən tükənib. O iddia edir ki, düşdüyü vəziyyət onu hətta intihar həddinə çatdırıb.

Bu, təkcə bir sahibkarın şəxsi faciəsi deyil. Əgər bu iddialar təsdiqini taparsa, ortaya ciddi suallar çıxır: yanğından zərər çəkdiyini bildirən sahibkarlar niyə illərlə kompensasiyalarını ala bilmirlər? Verilən vədlər niyə yerinə yetirilmir? Vətəndaş niyə yeddi ildən sonra evini itirmək təhlükəsi ilə üz-üzə qalır?

Rafiq Ocaqverdiyev müraciətlərində aidiyyəti dövlət qurumlarından məsələnin obyektiv araşdırılmasını, zərərin ödənilməsi istiqamətində qanuni tədbirlərin görülməsini və iddialarına hüquqi qiymət verilməsini xahiş edir.

Onun sözlərinə görə, məqsədi hansısa imtiyaz əldə etmək deyil, illər əvvəl ona dəyən zərərin ədalətli şəkildə ödənilməsinə nail olmaqdır.

Hazırda gözlər müraciət ünvanlanan dövlət qurumlarının verəcəyi reaksiyadadır.

Bənzər Xəbərlər

24.09.2026 - 20:54Gülnar Əliyeva

İki rayonda qaz təchizatı dayandırılacaq

24.09.2026 - 20:00Gülnar Əliyeva

Anar Ələkbərov Formula 1-də - Fotolar

24.09.2026 - 13:50Gülnar Əliyeva

“Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş olundu - Fotolar

24.09.2026 - 13:37Gülnar Əliyeva

ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  

24.09.2026 - 13:24Gülnar Əliyeva

Hava kəskin dəyişir - Xəbərdarlıq

24.09.2026 - 12:33Gülnar Əliyeva

Süni mayalanma sığorta hesabına olacaq?- Professordan GÖZLƏNİLMƏZ AÇIQLAMA

24.09.2026 - 12:20Gülnar Əliyeva

“Məktəbə direktor gedib “bomba qoyacam” - Direktor müavinindən ŞOK

24.09.2026 - 12:06Gülnar Əliyeva

Hasil Abbasov onlara yüksək vəzifə verdi

24.09.2026 - 11:03Gülnar Əliyeva

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 096

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 119

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 040

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 829
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.