Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • DSK-lar yenidən formalaşdırılır – Yenilənib
  • Şəhid atası vəfat etdi – Foto
  • 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Ev almaq istəyənlər üçün yeni sistem FORMALAŞIR- MÜHÜM XƏBƏR

Ev almaq istəyənlər üçün yeni sistem FORMALAŞIR- MÜHÜM XƏBƏR

İqtisadiyyat Gülnar Əliyeva07.07.2026 - 17:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Daşınmaz əmlak satışında yeni mərhələ başlayır. Daşınmaz əmlak satışında yeni mərhələ başlayır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Ajans.az-a bildirib ki, nəzərdə tutulan icbari qiymətləndirmə mexanizminin əsas məqsədi daşınmaz əmlak alqı-satqısı və bu sahədə aparılan əməliyyatların leqallaşdırılması, eyni zamanda daha şəffaf mexanizmin formalaşdırılmasıdır.

Onun sözlərinə görə, bu addım cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın leqallaşdırılmasına qarşı tədbirlər planının tərkib hissəsidir. Bu çərçivədə Ədliyyə Nazirliyi, Azərbaycan Qiymətləndiricilər Palatası və digər aidiyyəti qurumlar arasında elektron platformalar üzərindən inteqrasiya olunmuş əməkdaşlıq həyata keçiriləcək:

“Əsas yenilik satışa çıxarılan və üzərində alqı-satqı əməliyyatı aparılan daşınmaz əmlakların icbari qiymətləndirilməsidir. Bu mexanizm əmlakın dəyərinin süni şəkildə şişirdilməsi və ya aşağı göstərilməsi hallarının qarşısını almağa xidmət edəcək. Hazırda daşınmaz əmlak bazarında müxtəlif hüquqi uyğunsuzluqlarla rastlaşmaq mümkündür. Belə ki, bəzi hallarda torpaq sahəsinin sənədi olsa da, üzərindəki tikili sənədsiz olur, yaxud əksinə, mənzil alqı-satqı müqaviləsi ilə əldə edilsə də, çıxarış rəsmiləşdirilmir. Bu kimi qeyri-müəyyən vəziyyətlər həm bazarda, həm də hüquqi münasibətlərdə problemlər yaradır.”

Mütəxəssisin sözlərinə görə, yeni qaydalara əsasən vətəndaş notariat orqanına müraciət edərkən təqdim etdiyi sənədlər – çıxarış, texniki pasport, yüklülük barədə arayış və digər sənədlərlə yanaşı, əmlakın qiymətləndirilməsi aktını da təqdim etməli olacaq:

“Bu mexanizm daşınmaz əmlak bazarında şəffaflığı artıracaq, qeyri-rəsmi dövriyyəni azaldacaq, qiymət manipulyasiyalarının qarşısını alacaq və neqativ hallarla mübarizəyə töhfə verəcək. Sözügedən dəyişikliklər yalnız alıcı və ya satıcı üçün deyil, bazarın bütün iştirakçıları üçün faydalıdır. Layihə qəbul ediləcəyi təqdirdə Azərbaycanda daşınmaz əmlak bazarında beynəlxalq təcrübəyə uyğun daha şəffaf və etibarlı sistemin formalaşmasına, eyni zamanda yerli institusional təcrübənin inkişafına mühüm töhfə verəcək.”

Bənzər Xəbərlər

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

17.09.2026 - 16:50Gülnar Əliyeva

Şəhid atası vəfat etdi - Foto

17.09.2026 - 16:25Gülnar Əliyeva

ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqqısı artırılıb

17.09.2026 - 16:13Gülnar Əliyeva

Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz

17.09.2026 - 16:00Gülnar Əliyeva

Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - Fotolar

17.09.2026 - 15:45Gülnar Əliyeva

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - Foto

17.09.2026 - 15:32Gülnar Əliyeva

Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

17.09.2026 - 15:20Gülnar Əliyeva

AZAL Aktöbəyə ilk uçuşunu həyata keçirdi - Fotolar

17.09.2026 - 15:10Gülnar Əliyeva

Yeni dələduzluq növü peyda olub – BELƏ ALDADIRLAR - DİN-dən AÇIQLAMA

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 051

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 089

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 018

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 812
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.